Günün ulduz falı
2.2.2012

Qoç – Günün emosional fonu xoşdur. Nə olursa-olsun, əhvalınız yaxşı olacaq. Ətrafınıza xoş niyyətli insanları toplayırsınız, onlar çətin anlarınızda köməyinizə gəlir, hətta işlərinizi də sizin əvəzinizə görürlər. Məlahətinizdən məharətlə istifadə edərək düşmənlərinizi dosta çevirməyə çalışırsınız.
Amma o qədər də inamlı deyilsiniz. Lazım olmayan güzəştlərə gedirsiniz. Başqasının iradəsinə tabe olaraq sülhü qoruyursunuz, amma içiniz içinizi yeyir.

Buğa – Gün başlayarkən özünüzü gümrah hiss edəcəksiniz, əhvalınız yaxşı olacaq. Amma optimizminizə güvənməyin: asan qələbə yoxdur. Rəhbərlik sizi düşüncəsizlikdə, işinizə qeyri-ciddi yanaşmaqda günahlandıra bilər. Əlbəttə, onların sözündə bir az həqiqət var, çünki məişət və şəxsi işləriniz sizə daha cəlbedici görünür və işdəki problemləri bir qırağa qoymaqda qərarlısınız.
Şəxsi həyatınızda dəyişikliklər mümkündür. Bu gün "öz" adamlarınızı hiss edir, onlarla asan dil tapırsınız. Odur ki, bu gün başlanan eşq macəralarının davamı gələcək.

Əkizlər – Mürəkkəb gündür. Belə görünə bilər ki, hər şey əladır: siz enerjilisiniz, ünsiyyətcil və cazibədarsınız. İşlərinizdəki irəliləyişə nə mane ola bilər ki? Amma yanılırsınız. Elə enerjinizin çox olması işləri korlayır - onu düzgün məcraya yönəldə bilmirsiniz. Bir çox Əkizlər aqressiv olacaqlar.
Üstəlik, danışıqlara çox, işlərinizə isə az vaxt sərf edirsiniz. Çox nahaq. Düzdür, şirin söhbətdən əl çəkmək çətindir, amma işlərinizi sizin əvəzinizə heç kim görməyəcək.

Xərçəng – Çox məhsuldar gündür. Siz enerjili və qətiyyətlisiniz. Dialoqa hazırsınız. Düşmənlərinizin cəbhəsində yer alan insanları sizin tərəfinizə keçməyə inandıra bilirsiniz. Ola bilər ki, əlinizə pul gəlsin. O, gözlədiyinizdən qat-qat çox ola bilər.
Şəxsi həyatınızda da hər şey gözəldir. İntuisiyanız güclüdür. Öz hisslərinizi, həmçinin digərlərinin niyyətlərini düzgün təyin edirsiniz. Yalnız Xərçəngləri bu gün başgicəlləndirici eşq macərası gözləyir.

Şir – Uğurlu gündür. O, iş və təhsillə bağlı istənilən məsələnin həlli üçün uyğundur. İntellektual potensialınız çox yüksəkdir, siz yorğunluq hiss etməyəcəksiniz. Sərfəli əməkdaşlıq qurmaq üçün şansınız var, insanlar sizə tərəf can atırlar, onlarla işbirliyi yaratmaq işinizə yarayacaq.
Şəxsi cəbhədə işlər heç də pis deyil. Yaxınlarınızın sizi başa düşməməsi və ya özünüzüə qarşı diqqətsizlik hiss etməyəcəksiniz. Ən çox nəzarət yetirməli olduğunuz sahə isə maliyyə durumunuzdur. Gərəksiz yerə pul sərf etməli olacaqsınız.

Qız – Çətindir. Necə deyərlər, öz əliniz, öz başınız. Kimsə sizə nə kömək edir, nə də dəstəkləyir. Adətən, belə hallara sakit yanaşırsınız. Bundan başqa, təklik sizə həmişə daha yaxşı işləməyə kömək edirdi. Ancaq məhz bu gün tərəfdaşlara, köməkçilərə, hətta heç olmasa, bir-iki xoş söz deməyi bacaran insana ehtiyacınız var.
Ailə məsələləriniz isə düzəlməkdədir. Maliyyə, daşınmaz əmlak məsələlərini, müştərək layihələri müzakirə etmək asan olacaq. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.

Tərəzi – Peşəkar baxımdan gün çox uğurludur. Yeni layihələrin başlanması, müqavilələrin imzalanması, əməkdaşlıq üçün yaxşı dövrdür. İşgüzar danışıqları yüksək səviyyədə aparır, etibarlı tərəfdaşlar tapmaqla yanaşı, eyni zamanlda hamını özünüzə valeh edirsiniz.
Şəxsi münasibətlərə gəldikdə isə eyni sözləri söyləmək çətindir. Təsiri altında olduğunuz birisi sizə yaxşılıq etməyə çalışır, amma o, yaxşılığı tamam başqa cür başa düşür. Yaxşı olar ki, özünüzdə güc tapıb ona müqavimət göstərəsiniz, əks halda sonradan xeyli peşman olacaq və havayı yerə əsəb hüceyrələrinizi məhv edəcəksiniz.

Əqrəb – Hadisələr sürətlə inkişaf edir, amma bu, sizi qorxutmur. İstiqaməti düzgün təyin edərək, doğru qərarlar verirsiniz. Bəzən bunu necə etdiyinizə özünüz də mat qalırsınız. Faydalı tanışlıqlar quracaq və güvənə biləcəyiniz insanların etibarını qazanacaqsınız.
Gözləmədiyiniz, heç ağlınıza gətirmədiyiniz hadisələr baş verir. Bunlar bəzən sizi çaş-baş salır, amma tezliklə başa düşürsünüz ki, hər şey yaxşılığa doğrudur. Şəxsi həyatınızda nəyisə kökündən dəyişdirmək ehtimalınız var.

Oxatan – Bu gün soyuqqanlılığınızla qürrələnə bilməyəcəksiniz. Təmkininizin "uçub getməsi" bəzən məqsədinizə çatmağa mane olacaq. Amma bunun yaxşı tərəfi də var: güclənmiş həssaslığınız sayəsində başqalarının duymadıqlarını hiss edəcəksiniz.
İctimai fəaliyyətlə məşğul ola bilərsiniz. Böyük kütlə qarşısındakı çıxışınız əla alınar. Şou-bizneslə məşğul olan Oxatanlar yaxşı qazanacaqlar, qalanları isə istənilən məclisin "ulduz"una çevriləcəklər. Ehtiyatlı olun, sizin populyarlığınıza paxıllıq edənlər sizə badalaq vurmağa çalışacaqlar.

Oğlaq – İşləmək üçün əla gündür. Zəhmətiniz hədər getməyəcək. Problemləri çox səmərəli üsullarla həll edə biləcəksiniz. Nə bədxahlarınız, nə də ki rəqibləriniz məqsədlərinizə çatmaqda sizə ciddi maneə törədə bilməyəcəklər. Maliyyə və əmlak məsələlərinə vaxt və ciddi diqqət ayırmalı olacaqsınız, bu səbəbdən bəzi maraqlı məqamları qaçıra bilərsiniz.
Yeni romantik münasibətlər başlamağın əsl vaxtıdır: gözünüz məhz sizinlə yola gedə biləcək insanları görür.

Dolça – Qeyri-adi, gərgin, hadisələrlə dolu, bir az yorucu, məhsuldar gündür. Qeyri-standart düşünməyi bacardığınız üçün bir çox əla nəticələrə nail olacaqsınız. Siz əşya və hadisələri digərlərinin görə bilmədiyi tərzdə fərz edə bilirsiniz. Qərarlarınız kimlərəsə qəribə, çox cəsarətli, hətta axmaq görünə bilər. Amma siz tənqidi yaxına buraxmırsınız. Elə yaxşı edirsiniz!
Şəxsi problemləriniz tez həll olunur. Sizi maraqlandıran suallara cavab tapırsınız. Bu gün şəxsi həyatınıza dair vacib qərarlar verə bilərsiniz. Səhv etməyəcəksiniz.

Balıqlar – Təhsil, peşə biliklərinin artırılması üçün yaxşı gündür. İntellektual potensialınız yüksəkdir. Əvvəllər rəqabət aparmaqdan çəkindiyiniz insanları çox-çox geridə qoyursunuz. İşlə bağlı problemlərinizin həll olunması üçün qeyri-adi üsullar tapır və bununla həmkarlarınızı təəccübləndirirsiniz. Eyni zamanda işgüzarlığınız və entuziazmınız da sizi onlardan fərqləndirir.
Təəssüf ki, şəxsi xarakterli xoşagəlməzliklər yaşayacaqsınız. Burada siz qərarları tələsik verir, kobudluq edirsiniz. Yaxınlarınızı bu, çox kədərləndirir. Xidmət sferalarında çalışanlarla təmaslar məsləhət deyil.

Milli.Az