Hollivudun məşhur rejissoru Ceyms Kameron “Avatar” filminin 3 seriyasını eni vaxtda çəkmək qərarına gəlib. Çəkilişlər Yeni Zelandiyada baş tutacaq.
BBC bildirir ki, filmlər üzərində çəkilişlər 2014-cü ilin yazında sona çatacaq. Filmlərin isə 2017, 2018 və 2019-cu illərdə prokata çıxması gözlənilir.
Xatırladaq ki, Ceyms Kameronun ilk “Avatar” filmi 2009-cu ildə yayımlanmışdı və indiyədək 2.7 milyard dollar gəlir əldə edib. Film ABŞ Kino Akademiyasının 3 mükafatına layiq görülüb.
ANS PRESS