Türkiyə ilk yerli "Turkcell T40" smartfonunu istehsal edib. Bu barədə "Sabah" qəzeti yazır.
Qəzetin məlumatına görə, yeni smartfonlar 2014-cü ilin əvvəlində satışa çıxarılacaq. Amma hazırda onların qiymətləri açıqlanmır.
Bundan əvvəl Türkiyənin informasiya və kommunikasiyalar üzrə dövlət orqanının (VTK) rəhbəri İbrahim Acarer bəyan etmişdi ki, ölkə Yaponiya ilə mobil telefonların birgə istehsalına maraq göstərir.
Onun sözlərinə görə, hazırda Türkiyədə xarici investisiyaların cəlb olunması üçün hər cür şərait yaradılıb və Türkiyədə mobil telefonlara olan yüksək tələbatı nəzərə alaraq Yaponiya firmaları bu şəraitdən istifadə edə bilərlər.
O, həmçinin bildirib ki, Türkiyədə hər il 17,5 milyon telefon idxal olunur.
Milli.Az