Counterpoint Research analitik şirkəti qlobal smartfon bazarında ən çox satılan telefonların reytinqinə dair növbəti hesabat dərc edib.
Oktyabrın nəticəsinə görə, birinci yerdə iPhone 5s, ikincidə isə iPhone 5 qərarlaşıb. Samsung Galaxy S4 smartfonu isə üçüncü olub.
iPhone 5c dördüncü, Galaxy Note 3 isə bu sıralamada beşinci olub.
Apple şirkəti qurğularının qlobal bazarda mövqelərinin möhkəmlənməsində Çinin rolu böyükdür.
Milli.Az