İlin dəbi: ağ yaxalıqlı qara və qısa don
16.12.2013

Valentino”nun 2013-2014-cü il payız-qış kolleksiyası mövsümün hitinə çevrilib. Xüsusən də, qara don və ağ krujevalı yaxalıqlar çox aktualdır. Kolleksiya dini geyimlərdən və hollandiyalı rəssam Yana Vermera sənət əsərlərindən ilhamlanıb. Bu, rahibə paltarlarına məxsus bir stildir. Valentinonun qış kolleksiyası mənəviliyin, sakitliyin və minimalizmin təzahürləridir. 

Əxlaqi və mənəvi xüsusiyyətlərin birləşməsindən yaranan, minimal uzunluqda olan paltarlar hər bir modapərəst qızın ürəyincədir. 

Dəbə öz hökmünü yeridən Miroslava Duma, Anna Dello Russo və Kseniya Sobçak kimi modabazların qara don və ağ yaxalıqlı stillərini tapmışıq.

_____5.PNG

Əgər donların bu variantı sizin çox xoşunuza gəlirsə, kədərlənməyin və məcburi deyil ki, məhz “Valentino”dan olsun. Bu gün dəb sanayesində tendensiyalar kütləvi brendlər tərəfindən tez qavranılır və yayılır. Buna görə də ağıllı qız üslubunu siz istənilən mağazada münasib qiymətə rahatlıqla tapa bilərsiniz.

Kiçik məsləhət: Əgər siz krujeva yaxalığı ilə qara qısa don almağa qərar vermisinizsə, krujevanın keyfiyyətinə xüsusilə diqqət yetirin. Çünki məhz balaca detal paltarı gözə gəlimli edir, keyfiyyətsiz krujeva isə dərhal nəzərə çarpır. Əgər risk etmək fikriniz yoxdursa, siz adi ağ yaxalığın üzərində dayana bilərsiniz.

golfi.jpg

Bəs bu paltarı nə ilə dəstləşdirmək olar?

Onları ağ-qara aksessuarlarla, nazik corablar, bir də uzun çəkmələrə uyğunlaşdırın. Hansı ki, onlar bu il çox dəbdədir. Yox, sadə paltarda narahat olur, özünüzü məktəbli kimi hiss edir, yaxud da rahibəyə oxşayırsınızsa, başqa rəngləri bu cür eksperimentdən keçirə bilərsiniz:

e_tory_burch_burgundy_red_.jpg

Sizin üçün adi olmayan bir neçə dəst seçmişik. Bu paltara bu il çox dəbdə olan zoğalı tonları əlavə etmək olar.

lace_collar_2_.jpg

Ağ və qara zərifliyə aparan tonlardır. Belə ki, ağ-qara qalın uzun corab, ya da çülkilərlə bu paltarı çox dəbdəbəli hala sala bilərsiniz.

golfi_2.jpg

Gördüyünüz kimi ilk baxışda sadə görünən stili eleqant göstərməyin bir neçə variantı var. Əgər ürəyinizdən belə bir paltar keçirsə, heç düşünmədən alın, üzərində eksperiment aparıb öz obrazınızı yaradın.

Publika.Az