Valentino”nun 2013-2014-cü il payız-qış kolleksiyası mövsümün
hitinə çevrilib. Xüsusən də, qara don və ağ krujevalı yaxalıqlar çox
aktualdır. Kolleksiya dini geyimlərdən və hollandiyalı rəssam Yana
Vermera sənət əsərlərindən ilhamlanıb. Bu, rahibə paltarlarına məxsus
bir stildir. Valentinonun qış kolleksiyası mənəviliyin, sakitliyin və
minimalizmin təzahürləridir.
Əxlaqi və mənəvi xüsusiyyətlərin birləşməsindən yaranan, minimal uzunluqda olan paltarlar hər bir modapərəst qızın ürəyincədir.
Dəbə öz hökmünü yeridən Miroslava Duma, Anna Dello Russo və Kseniya
Sobçak kimi modabazların qara don və ağ yaxalıqlı stillərini tapmışıq.

Əgər donların bu variantı sizin çox xoşunuza gəlirsə, kədərlənməyin
və məcburi deyil ki, məhz “Valentino”dan olsun. Bu gün dəb sanayesində
tendensiyalar kütləvi brendlər tərəfindən tez qavranılır və yayılır.
Buna görə də ağıllı qız üslubunu siz istənilən mağazada münasib qiymətə
rahatlıqla tapa bilərsiniz.
Kiçik məsləhət: Əgər siz krujeva yaxalığı ilə qara qısa don
almağa qərar vermisinizsə, krujevanın keyfiyyətinə xüsusilə diqqət
yetirin. Çünki məhz balaca detal paltarı gözə gəlimli edir, keyfiyyətsiz
krujeva isə dərhal nəzərə çarpır. Əgər risk etmək fikriniz yoxdursa,
siz adi ağ yaxalığın üzərində dayana bilərsiniz.

Bəs bu paltarı nə ilə dəstləşdirmək olar?
Onları ağ-qara aksessuarlarla, nazik corablar, bir də uzun çəkmələrə
uyğunlaşdırın. Hansı ki, onlar bu il çox dəbdədir. Yox, sadə paltarda
narahat olur, özünüzü məktəbli kimi hiss edir, yaxud da rahibəyə
oxşayırsınızsa, başqa rəngləri bu cür eksperimentdən keçirə bilərsiniz:

Sizin üçün adi olmayan bir neçə dəst seçmişik. Bu paltara bu il çox dəbdə olan zoğalı tonları əlavə etmək olar.

Ağ və qara zərifliyə aparan tonlardır. Belə ki, ağ-qara qalın uzun
corab, ya da çülkilərlə bu paltarı çox dəbdəbəli hala sala bilərsiniz.

Gördüyünüz kimi ilk baxışda sadə görünən stili eleqant göstərməyin
bir neçə variantı var. Əgər ürəyinizdən belə bir paltar keçirsə, heç
düşünmədən alın, üzərində eksperiment aparıb öz obrazınızı yaradın.
Publika.Az