ABŞ-lı bir aşpaz zəncəfilli peçenye və şirniyyatlarından maket kənd inşa edib. Bu, dünyanın ən böyük zəncəfilli peçenye kəndi olaraq Ginnesin rekordlar kitabına düşüb.
Dünyanın ən böyük zəncəfilli peçenye kəndi Nyu Yorkda sərgilənir. Şef Con Lovitch bu layihəsinin üzərində düz 1 il işləyib.
Lovitch peçenye kəndini inşa edə bilmək üçün 1016 kiloqram şəkərli krem, 181 kiloqram şirniyyat, 226 kiloqram zəncəfilli peçenye xəmirindən istifadə edib.
Kənddə 160 ev, şəhər məclisi, metro, mağazalar və hətta konki sahəsi belə var.
Zəncəfilli peçenye kəndi 12 yanvara qədər sərgilənəcək. Daha sonra isə yemək üçün ziyarətçilərə paylanacaq.
publika.az