Toto Kutunyo "Sarı Gəlin"i ifa edəcək
17.12.2013

“San-Remo” festivalının iştirakçıları- Toto Kutunyo, Albano, Rikardo Foli, Umberto Totsi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya, “Riki e poveri” Heydər Əliyev fondunun təşkilatçılığı iləBakıda dekabr ayının 18-də “Crystal Hall” məkanında konsert proqramı ilə çıxış edəcək.
İtalyan musiqiçilərinin konsertində aparıcılığı Tural Əsədov və Bakının vurğunu Ornello Muti edəcək. Onların arasından Toto Kutunyo artıq paytaxtımızdadır. Sabah Toto Kutunyonun “Sarı gəlin” mahnısını ifa etməsi gözlənilir. Mahnı “Promix” studiyasında yazılacaq.Mahnın yazılmasında Rəşad Haşımov iştirak edəcək.

Qeyd edək ki, bu onun öz arzusuna görə planlaşdırılıb.

publika.az