Qoç -
günün ilk yarısı əlverişlidir. İstənilən müstəvidə yeni işə və ya
layihəyə başlamaq olar. Təfərrüatlarına tam bələd olmadığınız işi
görməkdən çəkinməyin. Detalları tez qavrayacaq, uğur əldə edəcəksiniz.
Günün ikinci yarısında başlayacaq münasibətlər harmonik olacaq. Dil tapa biləcəyiniz insanı tez müəyyənləşdirəcəksiniz.
Axşam
saatlarına yaxın maliyyə itkisi, uğursuz təsadüf ola bilər. Mühüm
maliyyə məsələsini həll edərkən səhvə yol verə bilərsiniz.
Buğa
- mürəkkəb, qarışıq gündür. Mənfi təmayüllərin təsiri çox güclüdür.
Səhih davranış formatını seçmək asan deyil. Xüsusilə də yaxşı
tanımadığınız insanlarla təmaslarda həssas olun.
Dostlar və ya qohumlarla fikir ayrılığı yaranarsa, situasiyanı münaqişə həddinə çatdırmayın.
Günün
ikinci yarısında uğurlu saatlar yaşanacaq. Yaranan imkanlardan tam
istifadə edin. Yeni tanışlıqlara can atmayın. Bələd olmadığınız insanla
sıx təmas qurmayın.
Əkizlər -
gün pis deyil. Az sonra reallaşdıra biləcəyiniz əla ideyalar yaranır.
Maliyyə məsələləri üçün münbit zamandır. Gəlir istisna deyil.
Səfər və ya səyahətə çıxa bilərsiniz.
Günün ikinci yarısında gözlənilməz təklif, dəvət ola bilər.
Aktiv
fəaliyyət, işgüzar məsələlərin müzakirəsi və həlli üçün yaxşı vaxtdır.
Həll etməyə çalışdığınız istənilən məsələyə ciddi yanaşsanız, səhvlər
olmayacaq.
Dəvət aldığınız tədbirə qatılın.
Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Xərçəng
- birmənalı olmayan gündür. Çox işə başlayıb onları başa vurmaq
istəyirsiniz. Amma belə olmaz: bir işi seçin və onu reallaşdırın.
Nəticələr böyük olmayacaq. Özünüzdən və ətrafınızdakı insanlardan narazı
qala bilərsiniz. Halbuki problemin mənbəyi qüvvə və vaxtın dürüst
paylaşdırılmamasıdır.
Günün ikinci yarısında söhbət,
danışıqlar və görüşlər çox olacaq. Onların hamısı xoş deyil. Sizdə
kəskin antipatiya yaradan insanlarla təmaslar qurmaq
məcburiyyətindəsiniz. Emosiyaları nəzarətdə saxlayın. Hisslərinizə hakim
olmasanız, uzunmüddətli münaqişənin əsası qoyula bilər.
Axşam saatları sakit istirahət üçün əlverişlidir.
Şir
- o qədər də uğurlu olmayan gündür. Hadisələr planlaşdırdığınız kimi
inkişaf etmir. Əsəbi, sinirli olmayın. Ətrafınızdakı insanlara qarşı
izafi tələblərlə çıxış etməyin. Onları sərt tənqidlərə məruz qoymayın.
Günün
ikinci yarısında qərar və sözlərinizi çoxları anlamayacaq. Emosional
davranmayın. Maliyyə çətinlikləri ola bilər. Borc pul vermək olmaz,
çünki bu pulları sonra sizə qaytarmayacaqlar.
Sizdən çox
yaşlı insanla hansısa iş barədə danışmayın. Axşam saatları travma
risklidir. İki alətlərlə və texnika ilə ehtiyatlı olun.
Qız
- uğurlu, düşərli gündür. Əvvəlcədən hazırladığınız planları
reallaşdırmaq üçün əlverişli zamandır. Əslində, improvizasiyalar da pis
olmayacaq. Hansı istiqamətə getməyin gərəkdiyi barədə intuisiyanız sizə
məlumat verəcək.
Günün ikinci yarısında mürəkkəb və qarışıq
münasibətlərdə çözümə nail olmaq, yaxın ətrafınızdakı insanların
özlərini rahat hiss etmələri üçün şərait yaratmaq olar.
Qəfil
sürpriz, gözlənilməz hədiyyə, xoş təsadüf ola bilər. Gerçəkdən də,
mühüm işdə irəliləyişə və uğura nail olmaq üçün çox çalışmalısınız.
İşdən qorxmasanız, fəal olsanız, gün məhsuldar keçəcək.
Tərəzi
- çətin gün olsa da, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Fəal olun,
məqsədə doğru qətiyyətlə irəliləyin. Nigaranlıq yarada biləcək məlumat
və ya informasiyanın alınması istisna deyil. Köhnə dostlar və ya yaxın
qohumlarla məsləhətləşin. Onlar dürüst qərar verməyə yardım edəcəklər.
Günün
ikinci yarısında planlaşdırılmamış alış-veriş etməyin, bədxərcliyə
qapılmayın. Ən kiçik məsələlərdə belə, qənaət etmək gərəkdir.
Gündəlik
məsələlərin həllində problemlər yarana bilər. Adi ev işləri həmişə
olduğundan daha usandırıcı, rutin, yorucu təsir bağışlaya bilər.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb
- pərişanlıq və ciddi uğursuzluqla qarşılaşmamaq üçün maksimum dərəcədə
diqqətli olun. Problemlərin səbəblərini müəyyənləşdirin, onları aradan
qaldırmağa səy göstərin. Maliyyə itkiləri, uğursuz anlaşmalar istisna
deyil.
Günün ikinci yarısında intuisiyanıza güvənsəniz, bilavasitə maliyyə məsələləri ilə bağlı işlərdə bəxtiniz gətirəcək.
Bu
gün başlaya biləcək tanışlığın ciddi münasibətə çevrilmə ehtimalı çox
azdır. İnsanları olduğundan artıq qiymətləndirməyin. Belə davranış
qarşılıqlı anlaşma və harmoniyaya mane olur.
Oxatan
- çətin və mürəkkəb gündür. Problemlərin öhdəsindən asanlıqla gələ
bilərsiniz. İşlərin hər hansı biri məcrasından çıxarsa, təşvişə
qapılmayın, ruhdan düşməyin. Çevik və qıvraq olun, ətrafınızdakı
insanları heyrətləndirin. Sizi nümunə sayanlar var. Ən mühüm məsələləri
həll etmək olar. Onların çözümünü tapacaqsınız.
Günün ikinci
yarısı intellektual məsələlərin həlli, bilik və bacarıqların artırılması
üçün əlverişlidir. Yeni gəlir mənbəyi aşkarlanır.
Şəxsi münasibətlərdə tələsməyin, olaylara süni təkan verməyin.
Oğlaq
- gün çoxsaylı və fərqli problemlər vəd edir. Onları ardıcıl şəkildə,
tələsmədən, vurnuxmaya qapılmadan həll edin. Yalnız öz qüvvənizə bel
bağlayın. Sizə yardım etmək istəyən yoxdur. Günün ikinci yarısında
nüfuzlu şəxslə görüşə can atmayın. Onda özünüzə rəğbət hissi yarada
bilməyəcəksiniz.
Ən yaxın insanlarla münasibətlərdə gərginlik yaranır. Sevdiyiniz insanla qısqanclıq zəminində qalmaqal salmayın.
Axşam saatlarında problem olacaq. İnandığınız insan sizə xəyanət edə bilər.
Dolça -
rəğbət bəslədiyiniz, önəm verdiyiniz insanlarla təmaslarda səimimi
olun. Belədə qarşılıqlı inam və səmimiyyəti qoruya biləcəksiniz. Nəyisə
gizlətmək cəhdləri uğursuzluğa düçardır. Uzunmüddətli planlar
qurursunuzsa, onları yaxınlarınızla müzakirə edin. Məsləhət, dəstək və
yardım alacaqsınız.
Günün ikinci yarısı maraqlı tanışlıq baş tuta bilər. Bu gün başlayacaq münasibətlər dinamik inkişaf etməyəcək.
Başqalarının
səhvləri və sapıntılarına görə məsuliyyəti boynunuza almayın. Yaxın
ətrafınızdakı insanların problemlərinin öhdəsindən gələ bilməyəcəklərini
düşünməyin.
Axşam saatlarında dincəlin. Emosional fonun məqbul olmamasına fikir verməyin.
Balıqlar
- gün ərzində baş verənlərin həddən artıq ciddi olaylar olduğunu
düşünməyin. Ağır və çətin dəf ediləsi problemlər yaranmayacaq.
Küsənləri, mübahisə edənləri barışdırmağa can atmayın. Səyləriniz nəticə
verməyəcək.
Günün ikinci yarısında tərəfdaş və
yaxınlarınızla münasibətlərdə həssas, diqqətli olun. Münasibətlərdə
sərinlik yaranarsa, onu aradan qaldırmaq asan olmayacaq.
Maliyyə və əmlak məsələlərinin müzakirəsi üçün əlverişli zaman deyil. Alış-verişdə bədxərclik etməyin.
Milli.Az