Meyvə şirələri, mürəbbə, ketçup, müxtəlif içkilər, hətta boya və ya mürəkkəb belə, bu futbolkanı islada, ləkələyə bilmir. Ağ rəngli geyimlərin "qənim"i olan qırmızı şərab da yeni kəşf edilmiş futbolkada heç bir iz qoymur.
43 dollardan satılacaq futbolka silikon və çaxmaq molekullarından ibarət parçadan hazırlanıb. Bu futbolka heç bir mayeni özünə hopdurmur, maye molekullarına "müqavimət" göstərərək üzərində sürüşdürür.
ABŞ-dakı San-Fransisko Universitetinin tələbəsi Amir Patelin ixtirası olan futbolka may ayında satışa çıxarılacaq.
"Bu futbolkanı istənilən mayeyə qarşı dayanıqlı saxlamaq üçün onu paltaryuyan maşında yumaq, xlorlamaq və ya ütüləmək olmaz. Əslində bu futbolka başqa geyimlərdən heç nə ilə fərqlənmir", - Patel deyib.
İxtirası ilə bağlı videoçəkiliş və məlumatları Kickstarter saytında yerləşdirərək 20 min dollara ehtiyac duyduğunu bilirən Amir Pateli dəstəkləyənlərin sayı az deyil. Belə ki, o, ixtirasını satışa çıxzarmaq üçün istədiyi məbləğdən dəfələrlə artıq investisiya alıb.
Video
Milli.Az