Dənizkənarı Bulvarda inşa olunan iri attraksionun - "şeytan çarxı"nın tikintisi başa çatıb.
Dünyadakı ən böyük attraksionlarından biri olacaq “şeytan çarxı”nda dekorativ işlər görülür.
Əldə etdiyimiz məlumata görə, nəhəng qurğunun açılışı dekabrın 24-də baş tutacaq.
Qeyd edək ki, bulvardakı çarx Londondakı “London Eye”dan iki dəfə böyükdür. Çarxda 32 kabinə quraşdırılıb. Hər cür komfortu olan kabinalarda 8 nəfər rahat əyləşə biləcək.
Bakının ən hündür karuselinə biletlərin qiymətləri hələlik açıqlanmayıb.
publika.az