“Palto ilə də heç idman ayaqqabı geyinilər?” deməyin, ilin trendlərinə siz də əməl edin!
2014-cü ilə artıq bir neçə gün qalıb. Bəs qış aylarında nələr dəbdə olacaq? Hansı stillər ön plana çıxacaq?
Üst geyimlər arasında uzun paltolar çox dəbdədir. Uzun palto klassik model olduğu üçün onu həmişə sadə və klassik ayaqqabılarla geyinərdilər. İndi dəb qaydaları dəyişdiyi üçün idman ayaqqabıları da geyinmək olar. Bu ikisinin kombinasiyasını dünya ulduzları artıq sınaqdan keçirib.
Qışın eleqant və uzun palto modellərini siz də idman ayaqqabıları ilə kombinasiya edə bilərsiniz.
Publika.Az