Rusiyanın “Rossiya-2” telekanalının səyahət və kulinariya verilişinin 5 əməkdaşı dekabrın 18-də Lənkəranda olub.
Rusiyalı telejurnalistlər Lənkəranın zəngin və özünəməxsus mətbəxi ilə yaxından tanış olmaq üçün şəhərin “Xan” restoranında ləziz yeməklərin bişirilmə qaydasını izləyiblər.
Qonaqlar həmçinin rayonun Separadi kənd mədəniyyət evinin məşhur “Nənələr” folklor mahnı və rəqs kollektivinin ifasında maraqlı konsert proqramına da baxıblar, ayrı-ayrı ifaları lentə alıblar.
APA