Günün ulduz falı
6.2.2012

Qoç - Günün əvvəlində pis xəbər ala bilərsiniz, şərait çox gərgin olacaq. Özünüz də istəmədən və yersiz olaraq hamının diqqət mərkəzinə düşəcəksiniz. Ətrafınızdakılar istəmədiyiniz halda məsləhətlər verir, eşitmək istəmədiyiniz mülahizələr söyləyirlər. Baş verənlərdən narazılığınızı gizlətmək çətindir, amma məcbursunuz.
Əvvəldən düşündüyünüz planlara riayət etmək çətindir, onları yenidən gözdən keçirib, uyğunlaşmaq lazım gəlir. Axşam isə böyük güc sərf etmədən bütün problemlərinizi həll edə biləcəksiniz.

Buğa - İş üçün çox uğurlu gündür. Ötən həftənin problemlərini uğurla həll edir və yeni planların reallaşdırılmasına başlayırsınız. Özünüzə tərəfdaş və həmfikir tapmaq elə də çətin deyil, həmçinin onlarla işləmək də xoş olacaq. Xarici partnyorlarla əlaqələr dinamik inkişaf edir. Ezamiyyətə yollanmaq olar.
Şəxsi münasibətlərdə isə vəziyyət bir qədər başqadır.
İstənilən məsələyə praqmatik yanaşmağınız yaxınlarınızı təəccübləndirir və qıcıqlandırır. Ətrafınızdakıların həyəcanları sizi qətiyyən maraqlandırmır, istəmədən qəddarlıq edirsiniz.

Əkizlər - Günün başlanğıcı çox mürəkkəb olacaq. Emosional fon sabit deyil, siz vurnuxur, özünüzü ora-bura çırpırsınız. Amma xoşbəxtlikdən, bu hal uzun sürməyəcək, siz tez sakitləşəcək, özünüzü ələ alacaqsınız. Məşğul olduğunuz işdə xeyli irəli düşə bilərsiniz. Əməyinizin bəhrəsi gözlədiyinizdən qat-qat yüksək olacaq.
Günün ikinci yarısı kommersiya fəaliyyəti, sövdələşmələr üçün yaxşıdır. Düzdür, bu vaxt sizin daha çox pullar barədə düşünməniz sizi yaxşı tanımayan adamlarda düzgün olmayan təəssürat yarada bilər: sizi praqmatik, məncil biri kimi görəcəklər.

Xərçəng - Səhəri gərgin işə sərf etməli olacaqsınız. Problem və çətinliklər boğaza qədərdir, amma siz onların öhdəsindən gələcəksiniz. Öz vaxtınızdan maksimal dərəcədə səmərəli istifadə edə biləcəksiniz. Bir dəqiqəniz belə itməyəcək. Təşkilatlanma və intizam rəqiblərinizi qabaqlamağa kömək edəcək, sizin ideyalarınızı anında gerçəkləşdirməyə hazır olan köməkçilərinizin sayəsində yorulmaq nə olduğunu bilməyəcəksiniz.
Günün ortasında xoşagəlməz hadisə baş verə bilər. Günahkar isə nahaqdan etibar etdiyiniz bir qadın olacaq. Axşama doğru isə vəziyyət düzələcək və yaxınlarınızın əhatəsində gözəl vaxt keçirəcəksiniz.

Şir - Sakit olun, təmkininizi pozmayın! Gün elə də yaxşı başlamır. Ancaq hər şey sizdən asılıdır. Əsas məsələ budur ki, həmkarlarınız və iş ortaqlarınızla dil tipa biləsiniz. Nə edirsiniz-edin, amma çalışın belə olsun. Bütün problemlərlə təkbaşına məşğul olmaq həm çox vaxt alır, həm də adamı yorur.
Vacib görüş və işlərinizi günün ortasına planlaşdırın. Çalışın, diqqətinizi cəmləyəsiniz, ideyalarınızı daha gözəl təqdimatla çatdırasınız, sizə hazırlanan tələləri vaxtında görə biləsiniz. Axşam yaxınlarınızdan biri ilə mübahisə gözlənilir. Hətta qaçılmazdır. Sadəcə, özünüzü ələ alın.

Qız - Hadisələr sizə göründüyü qədər də pis inkişaf etmir. İş burasındadır ki, siz bu gün bütün olanlara çox böyük şübhə ilə yanaşırsınız, istənilən dəyişikliyə pis münasibət bəsləyir və köhnəliyi saxlamağa çalışırsınız. Taleyinizə etibar edin: o sizə sürpriz hazırlayıb. Amma nə qədər ki, hadisələrin təbii axınına müqavimət göstərirsiniz, proqblemlər bir-birinin ardınca peyda olacaq.
Yaxınlarınızın sizə verdikləri məsləhətləri nahaq qulaqardına verirsiniz. Diqqətinizi özünüzə yönəltməyiniz hadisələrə başqa rakursdan yanaşmağa mane olacaq. Günün ikinci yarısı yüngüllük, öz vəzifələrinizə qarşı biganəlik nümayiş etdirməyiniz mümkündür.

Tərəzi - Həftə elə də ürəkaçan tərzdə başlamır. Əslində hər şey göründüyü qədər pis olmasa da, əl-qolunuz yanınıza düşür: yağılıb qalmış problemləri necə həll etməyi bilmirsiniz. İşdən qaçmaq, yaxanızı kənara çəkmək istəyirsiniz, amma eyni zamanda bilirsiniz ki, bunu etməyə ixtiyarınız yoxdur. Özünüzü işləməyə məcbur edirsiniz, bu da nəticəyə güclü təsir edir. Yaxşı olar ki, tələsik olmayan işləri təxirə salasınız.
İstənilən xırda məsələ qanınızı qaralda bilər. Bu səbəbdən mübahisə edir, hətta ən sakit və təmkinli insanları özlərindən çıxarırsınız. Axşama doğru ağlınız, nəhayət ki, “evinə” qayıdacaq, emosiyalarınız geri çəkiləcək və özünüzün yaratdığınız problemləri aradan qaldırmağa başlayacaqsınız.

Əqrəb - İşgüzar ünsiyyət, danışıqların aparılması, maliyyə və əmlak məsələlərinin müzakirəsi üçün yaxşı gündür. Nəinki söhbətin mövzusu ilə bağlı dərin biliklərinizi nümayiş etdirir, eyni zamanda məlahətinizi də işə salırsınız. Xatırladaq ki, bu gün işgüzar əlaqələrin romantik məcraya yönəlməsi çox asandır.
Çətinliklər günün ikinci yarısı yarana bilər. Bu dövrdə sərt məzəmmətlər edə, güzəştsiz təkliflər irəli sürə bilərsiniz. Ətrafınızdakılara sizin reaksiyanız sərt və hətta təcavüzkar təsir bağışlayacaq.

Oxatan - Gün əla başlayır və elə o cür də davam edir. istənilən işin öhdəsindən asanlıqla gəlirsiniz. Bunu heç kim diqqətdən qaçırmır. Maaşınızın artmasına, yaxud karyera yüksəlişinə ümid edə bilərsiniz. Ola bilər ki, sərfəli əməkdaşlıq təklifi alasınız. İşinizi dəyişə bilərsiniz.
Axşama doğru çoxdan üzərində baş sındırdığınız bir məsələ həllini tapa bilər. Şəxsi xarakterli vacib bir sualınıza cavab alacaqsınız. Gələcəklə bağlı planlar qurmaq vaxtıdır.

Oğlaq - Uğurlu gündür. Vacib olanı edir və can atdığınız nəticəni qazanırsınız. Bədxahlarınız da sizə pislik etməkdən çəkinirlər, çünki anlayırlar ki, faydası yoxdur. Mürəkkəb işgüzar məsələləri yoluna qoymaq asan olacaq: sizin mövqeyiniz kifayət qədər möhkəmdir və kimsə sizin uğurunuza mane ola bilməz.
Şəxsi həyatınızda xoş dəyişikliklər mümkündür. Hiss edirsiniz ki, hansısa vacib qərarı verməyə hazırsınız və vaxt itirmirsiniz. Əhvalınız yaxşı olacaq, xırda çətinliklər belə, onu korlaya bilməyəcək.

Dolça - Səhəriniz çox gözəl başlayır. İşgüzar aktivliyiniz yüksəkdir, məhz lazım olan yerdə qətiyyət və inad göstərir, güzəştə getmək lazım olanda müqavimət göstərmir və incimirsiniz. Həmkarlarınız və rəhbərliklə münasibətləriniz yaxşıdır, hətta hansısa səhv buraxsanız, sizi tənqid etməyəcəklər.
Maliyyə və əmlak məsələlərinə barmaqarası baxmağınız isə problemlər yarada bilər. Pullar ildırım sürətilə yoxa çıxır və siz bunun qarşısını almaq üçün heç bir tədbir görmürsünüz.

Balıqlar - Təzadlı gündür. Sanki hər şey qaydasındadır, amma siz daim narazısınız. Cari işlərə diqqət ayırmaq əvəzinə, gələcək barədə narahat olur, hələ vaxtı gəlməyən məsələlər barədə düşünürsünüz. Ətrafınızdakılarla münasibətlər gərgindir, sizi lazımi dərəcədə qiymətləndirmirlər, siz bunu hiss edirsiniz və qanınız qaralır.
Bunların öhdəsindən gəlmək asandır - sadəcə olaraq, işləyin, bu sizdə pis alınmır. Gün həmçinin təhsil, yeni biliklərin öyrənilməsi üçün uyğundur.

                                                                                                                                  Milli.Az