Bu da dünyanın ən bahalı velosipedi - FOTO
19.12.2013

Belə velosipedi küçədə saxlamağı kimsə istəməz. Əksinə, onu seyfdə saxlamaq istəyi yaranır. Çünki 24 əyarlı qızılla örtülən, 600 "Swarovski" bülluru ilə bəzədilmiş velosipedin dəyəri 87 min dollardır.

"Aurumania" şirkətinin hazırladığı velosipedi Londondakı milyonçulardan biri satın alıb. "Aurumania" şirkəti cəmi 10 belə velosiped hazırlayıb. Velosipedlərin hamısı əl işidir.

Milli.Az