Stradivarinin oğurluqdan sonra Böyük Britaniyada tapılmış skripkası dekabrın 18-də “Tarisio” hərrac evində 1,38 milyon funta (2,26 milyon dollara) satılıb.
“The Guardian” bildirir ki, alıcı musiqi festivalına başçılıq edən britaniyalı skripaçı olub. Skripkanın satışından əldə edilən gəlirin bir hissəsi onu tapmış polis bölməsinə göndəriləcək.
Skripka məşhur italiyalı usta Antonio Stradivari tərəfindən 1696-cu ildə düzəldilib. Dünyada ümumilikdə Stradivarinin 500 skripkası saxlanılıb.
publika.az