Evində yeni il əhval-ruhiyyəsi yaradıb bayram dekorasiya etmək istəyənlər üçün bir-birindən modern aksessuarlar toplamışıq.
Fotolara baxıb ev tərzinə və dizayna uyğun hansını alacağınıza qərar verə bilərsiniz. Yeni il dekorasiyasında adətən şam ağacı, zər və oyuncaqlardan istifadə edilir. Yaşıl və qırmızı rənglər isə göz qamaşdırır.
İstər pilləkənlərə, istərsə də qapıya, yemək masasına və başqa boş yerlərə bu tip aksessuar yerləşdirə bilərsiniz. Xüsusən də bayramı evində keçirməyi düşünənlər, bərbəzəkləri bol eləsin. Çünki xoş əhval yaradır.
Publika.Az