Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir.
Teatrın mətbuat xidmətindən bildirilmişdir ki, tamaşada Jermon partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mixail Kirişev ifa edəcəkdir.
Tamaşada digər rollarda Opera və Balet Teatrının solistləri - Xalq Artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova, Səbinə Əsədova, Əkrəm Poladov və gənc vokalçı Fərid Əliyev oynayacaqlar.
Tamaşanı ilk dəfə olaraq gənc və istedadlı dirijor Əyyub Quliyev idarə edəcəkdir.
AzərTac