Yer kürəsinin ən cənub şəhəri həm də turizmin ən sürətlə inkişaf etdiyi məkandır
20.12.2013

Argentinanın Uşuaya şəhəri Yer kürəsinin ən cənub şəhəri hesab edilir. Bu ərazi həm də turizmin ən sürətli templə inkişaf etdiyi məkandır.
Antarktidaya gedən böyük okean laynerlərinin əsas hərəkət məntəqəsi məhz buradan başlayır. Qış fəsli boyu Latın Amerikası vətəndaşları bu yerləri xizəklərlə səyahət etməkdən doymurlar. Şəhər özü cənubda yerləşsə də orta temperatur yay rejiminə uyğun deyil.
Yayda bu göstərici +15, qışda isə +4 dərəcə isti təşkil edir və saat 16.00-da hava qaralır. Daha çox restoran, mehmanxana, kazino mərkəzi kimi məşhur olan Uşuayada 1 həftəlik istirahət 3500 dollara başa gələ bilər.

AzərTac