Ən məşhur qadın pilot belə dəyişdi: inanılmaz... - FOTO
20.12.2013

Amerikalı Danika Patrik dünyanın ən məşhur qadın pilotu sayılır. Avtomobil yarışlarında və rallilərdə dəfələrlə qalib gəlmiş Danika sadəcə, reklam müqavilələrindən ildə on milyonlarla dollar gəlir əldə edir.
 
O və sevgilisi, NASCAR çempionu Riki Stenhaus "2013-cü ilin ən yaxşı ilman cütlüyü" (The Best Sports Couple Of 2013) seçilmişdilər.
31 yaşlı Danika Patrik dünən ABŞ-ın Los-Anceles şəhərində reklam çəkilişlərinə qatılıb.
 
Reklam çəkilişlərində qlamur qadın pilot inanılmaz dəyişmişdi.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ssenariyə uyğun olaraq həddən artıq əzələli qadına "çevrilən" Danikanın transformasiyası üçün xüsusi lateks-silikon kostyumdan istifadə olunmuşdu.
 
Kostyum o qədər ustalıqla və peşəkarlıqla hazırlanmışdı ki, Danika bədheybət bodibilder qadına dönmüşdü. Onun bədənində hətta şişmiş damarlar da aydın görünürdü.
 
"Go Daddy" internet şirkətinin bu reklam klipi 2014-cü ilin fevralında, Amerika Milli Futbol Liqasının (NFL) finalında, Superboulda göstəriləcək.
Superboul gələn ilin fevralında oynanacaq.
 
Bu matç dünyanın ən populyar idman qarşılaşmalarından biri sayılır və final oyununda reklam qiymətləri çox bahadır.
2012-ci ildə "Go Daddy"nin reklamında D.Patrik israilli supermodel Bar Rafaeli ilə birlikdə çəkilişlərə qatılmışdı.
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.










Milli.az