Azərbaycanın keçmiş təhsil naziri vəfat edib. Lidiya Rəsulova 71 yaşında
xəstəlikdən dünyasını dəyişib. GoMap.az portalının APA-ya istinadən
verdiyi məlumata görə, bu gün Azərbaycan Həmkarlar İttifaqı
Konfederasiyasında mərhumla vida mərasimi keçiriləcək.
L. Rəsulova 1941-ci ildə anadan olub. 1981-88 illərdə Azərbaycan
Həmkarlar İttifaqı Şurasının sədri, 1988-93 illərdə Azərbaycan sosial
təminat naziri, Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin sədr
müavini, 1993-97 illərdə təhsil naziri vəzifələrində çalışıb.
Azərbaycan SSR Ali Sovetinin (9-cu və 10-cu çağırış) deputatı, Ali
Sovetin Xalq maarifi və elm komissiyasının üzvü, SSRİ Ali Sovetinin
(11-ci çağırış) deputatı, Millətlər Sovetinin Xarici işlər
komissiyasının üzvü olub.
L. Rəsulova "Şöhrət" ordeni ilə təltif edilib.