Məşhur qarmon ifaçısı Aslan İlyasov vəfat etdi
20.12.2013

Bu gün məşhur qarmon ifaçısı Aslan İlyasov dünyasını dәyişib. Bu haqda mәrhumun oğlu xәbәr verib.

Qocaman qarmonçalanın oğlu atasının sәhhәti ilә bağlı bunları deyibmiş:

“Atam deyir ki, ay Allah, ölürəm. Allah mənə rəhmət eləsin. Nə olar, yalvarıram, məni ölməyə qoymayın. Amma daha olan olub. Başının üstündəyik. İstəmirik onu itirək. Nə yaxşı ki, atam 65 illik yubileyini keçirdi. Onun yaddaşında qalan elə bu oldu”.

Qeyd edək ki, Aslan Mikayıl oğlu İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb.1980-cı ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.

2005-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib.

Gün.Az