Nizami rayonu ərazisində iki ədəd parkinq yeri tikilir. Bu barədə Nizami Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
Məlumata əsasən, Q.Qarayev prospektində yerləşən 7-mərtəbəli parkinq 200 avtomobil üçün nəzərdə tutulub. Parkinqin istifadəyə verilməsi ilə prospektdə sıxlığın azalacağı gözlənilir.
Bundan əlavə, Naxçıvanski küçəsinin Elşən Süleymanov küçəsi ilə kəsişməsində park salınacaq. Parkın altında yeraltı parkinq olacaq. Bu parkinq 290-320 avtomobil üçün nəzərdə tutulub.
Hər iki obyektin gələn il istifadəyə veriləcəyi gözlənilir.
Milli.Az