2020-ci ilədək Cənubi Koreya beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi istifadəyə veriləcək.
Publika.az xəbər verir ki, 5G-nin sayəsində mobil rabitə operatorları təxminən saniyədə 1 qiqabit internetə qoşulma sürətini təmin edə biləcəklər. Bir səhifənin yüklənmə sürəti bir milli saniyə olacaq. Hazırda bu göstərici 1 saniyədir.
2015-ci ildə yeni texnologiyanın imkanlarının ilkin nümayişi planlaşdırılır və 2018-ci ildən etibarən isə onun təcrübədə sınaqlarına başlanılacaq.
Təxminlərə əsasən, yalnız 2020-2026-cı illərdə beşinci nəsil mobil rabitəsi 570 trilyon (514.5 milyard dollar) məbləğində bazar yaradacaq.
publika.az