Nigeriyanın hakimiyyət dairələrinin ölkədə ailələrin möhkəmləndirilməsinə yönəlmiş dövlət proqramı çərçivəsində ölkənin ikinci böyük şəhəri Kanoda kütləvi toy olub.
Toyda 1111 gəlin 1111 təzə bəyə ərə gedib. Onların hamısı əvvəllər evli olmuş müsəlmanlardır.
Kano şəhərinin mərkəzi məscidinə yığışmış gəlinlər əvvəllər boşanmış qadınlar, təzə bəylər isə ötənlərdə arvadlarını boşamış kişilərdi.
Nigeriyanın Ailə və Sosial Təminat Nazirliyindən verilən məlumata görə, son illər ölkədə boşanmaların statistikasında sürətli artım müşahidə olunduğundan Şəriət Polisi (“Hizbah”) belə addım atmaq qərarına gəlib.
“Bu məscidə yığışmağımızın səbəbi kütləvi toydur. Əvvələr boşanmış insanların yenidən ailə qurmaları çox gözəldir. Hamınızın bəxtəvər olmasını Allahdan diləyirəm! Müsəlman ailələri dağılmamalıdır. Ölkəmizdə son vaxtlar boşanmaların sayı artır, nikahdan kənar doğulan uşaqlar əzablara düçar olurlar. Belə uşaqlar ata tərbiyəsi və ya ana şəfqəti olmadan böyüyür, küçə adlamlarına çevrilirlər. Bəlanı qarşısını almalıyıq”, - Kano qubernatorunun müavini Abdullahi Ömər Qanduje təzə bəylərlə gəlinlərə deyib.
O daha sonra bildirib ki, boşadıqları xanımlarına aliment ödəməyən kişilərə qarşı daha sərt cəzalar tətbiq edilməlidir.
Ölkənin şimalındakı Kanonun Şəriət polisi (“Hizbah”) ötən ay 240 min butulka pivəni yığaraq məhv etmişdi.
2011-ci ildən etibarən Nigeriyanın şimalında şəriət qanunvericiliyidir.
Oxu.Az