Liviyanın qətlə yetirilən lideri Müəmmər Qəddafinin öldürülən zaman
üzərində olan, qanına bulaşmış köynək və nişan üzüyü satışa
çıxarılmışdır. Müəmmər Qəddafinin köynəyi və nişan üzüyü
“ArabsToday.net” ərəb saytında satışa çıxarılmışdır.
Start qiymət 2 milyon dollardır. Bu əşyaların hazırkı sahibi olan Əhməd
Varfali deyib ki, əgər Müəmmər Qəddafinin köynəyini və nişan üzüyünü
Avropada satmağa qərar versəydi, daha çox pul qazanardı.