Yeni il gecəsində göz qamaşdırıcı görünün - FOTO
23.12.2013

2013-ü də beləcə yola salırıq. Yeni ili qarşılamağa hazırlaşırıq. Yeni il gecəsi qadınların tək arzusu möhtəşəm görünmək və ulduz kimi parıldamaqdır. Bəs yeni il gecəsini hansı paltarda qarşılamaq lazımdır?

Yeni ili həmişə getdiyiniz bar, ya da dostunuz evində qarşılamağa hazırlaşırsınızsa, hər zaman ki stilinizdən daha qabarıq paltar geyinin. Makiyajınız da fərqli olmalıdır. Bunun üçün parıltılı qısa modellərə müraciət edin.

Bir gecə klubunda qarşılmağa hazırlaşırsınızsa, mütləq seksual kokteyl libasları seçməlisiniz. Bu halda qırmızı parti modellərinə üstünlük verə bilərsiniz.

Restoranda bir yemək axşamına dəvət olunmusunuzsa, görkəminizə daha çox fikir verin. Zərifliyinizlə göz qamaşdırın. Bu halda isə sizin üçün seçdiyimiz qara paltar modellərinə nəzər salın.

Publika.Az