Armani paltar yox, ev tikəcək!
23.12.2013

Məşhur İtaliya dizayneri Corcio Armani Çində göydələn tikdirmək qərarına gəlib. Dizayner geyim sektorundan uzaqlaşıb, tikinti sektorunda özünü sınayacaq.

Armani Çində dəbli yaşayış komleksi tikdirməyi planlaşdırır. Göydələnlər xüxusi formada bəzədiləcək.“Çin həmişə məni cəlb edib. Bu ölkə, gələcəyə ümidlə baxır və dinamik surətdə inkişaf edir. Burada kompleks ucaltmağı özümə şərəf bilirəm”,- deyə Armani bildirib.

“Design Studio Armani Casa” kompleksi Çendu şəhərində tikəcək. 2 göydələndən ibarət olacaq kompleksin hər göydələninin hündürlüyü 200 metrdən çox olacaq. 65 mərtəbəli binaların hər birinin damında böyük hovuz da tikiləcək. Qeyd edək ki, tikintinin 2016-cı ildə sona çatacağı planlaşdırılır.

Bina hazır olduqdan sonra evlərin satışına gələn ilin iminci yarısından başlanacaq.

Big.az