Nizami Gəncəvi Beynəlxalq Mərkəzi şair-mütəfəkkir, maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyi münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti, Dünya Elm və Mədəniyyət Akademiyası və mərkəzi Almaniyada yerləşən Avropa Elm və Mədəniyyət Akademiyası ilə birgə bir sıra tədbirlər keçirəcəklər.
Mərkəz tərəfindən Friedrich Bodenstedtə məxsus olan 1873-74-76-78 və 1924-ci illərə aid olan çoxlu sayda orijinal kitab, o cümlədən 1876-cı ildə Almaniyada nəşr olunan qəzet məqalələri və digər çoxlu sayda material toplanıb.
Mərkəzdən verilən məlumata görə, bir qisim kitabın alman dilindən Azərbaycan dilinə tərcümə olunması da nəzərdə tutulur.
APA