Dünyanın ən yaşlı insanı Ukraynada yaşayır - FOTO
24.12.2013

Ukraynanın Prikarpatya bölgəsinin 116 yaşlı sakini Yekaterina Kozak dünyanın ən yaşlı insanı tituluna namizəddir.

Yekaterina Kozak uzun ömürlüyünün sirrini belə izah edib: “Mən yaxınlarımın qayğısına qalıram, hər gün dua edirəm və yalnız öz həyətimdən becərdiyimi yeyirəm. Sonra mən hamını sevirəm. Fikrimcə, bütün insanlar mehribandırlar”.

Öz həyətyanı sahəsində çalışan və heç bir xəstəlikdən şikayət etməyən Yekaterina nənə 1897-ci ildə anadan olub.

Qeyd edək ki, hazırda dünyada ən yaşlı hesab edilən insan Yaponiyada yaşayır. Ukraynanın UNİAN agentliyi hesab edir ki, 115 yaşı olan Dziroemon Kimura Yekaterinadan iki ay kiçikdir.



ANS PRESS