Fransanın Corc Pompidou xəstəxanasında fəaliyyət göstərən bir qrup alim "Carmat" adlı şirkət tərəfindən yaradılan, tamamilə süni olan ürəyin nəqlini həyata keçiriblər.
Suni ürəyin hazırlanmasında laxtalanma kimi problemlərə yol aça biləcək plastik maddələr yerinə inək dərisindən istifadə edilib. "Protez ürək" normal ürək kimi qan dövranını təmin etmək qabiliyyətinə malikdir.
“Carmat” şirkətinin səlahiyyətli nümayəndələri suni ürəyin ilk daşıyıcısının reanimasiyaya yerləşdirildiyini və 70 yaşındakı xəstənin ürək nəqlindən sonra normal danışdığını, şüurunun yerində olduğunu bildiriblər.
Mərkəzi Parisdə olan “Carmat” şirkəti suni ürək uğurlu olarsa, ABŞ-da satışa çıxarılacağı haqqında açıqlama yayıb.
900 qram ağırlığındakı süni ürəyin qiymətinə gəlincə, o, 140-180 min avroya satılacaq. Fransada normal ürək nəqli isə 250 min avroya başa gəlir. Tamamilə süni olan ürək, kişilərin anatomiyasına 86-100, qadınlarınkına isə 20-80 faiz uyğundur.
“Carmat” şirkəti suni ürəyin qadınlara da yaxsı uyğunlaşmasını təmin etmək üçün onların ölçüsünü kiçiltməyi planlaşdırır.
VİDEO
xezerxeber.com