Dekabrın 23-də Yaponiya imperatoru Akihitonun 80 yaşı tamam olub.
Minlərlə insan Tokiodakı İmperator sarayına gələrək, onu yubileyi münasibətilə təbrik edib.
Həmin gün imperator üç dəfə sarayın eyvanına çıxaraq onu təbrik etməyə gələnləri salamlayıb.
İmperatoru imperatriça Miçiko, vəliəhd-şahzadə Naruhito və şahzadə xanım Masako, həmçinin şahzadə və şahzadə xanım Akisinolar və onların böyük qızı Mako müşaiyət edib.
İmperator müraciətində onun 80 illik yubileyini təbrik etməyə gələnlərin hamısına dərin minnətdarlığını bildirib.
Gün.az