Qoç - başladığınız işləri tamamlamamış yeni işlər
planlaşdırmayın. Çalışdığınız məkanda problemlər yarana bilər.
Ətrafınızdakı insanlar təşəbbüslərlə çıxış etməyinizə alışıblar. Çətin
situasiyalarda lider olun. Tənbəllik etməyin, ətalətə qapılmayın.
Əvvəlki
vaxtlarla müqayisədə ev işləri daha çoxdur. Nə etmək gərəkdiyini yaxşı
bilin, çaş-baş qalmayın. Gəlirlər olacaq. Amma onlar gözlədiyiniz qədər
böyük deyil.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər.
Buğa
- sürəkli çətinliklər yaranır və onların dəf olunması böyük qüvvə tələb
edir. Baş verənlərə rəğmən ruhdan düşməyin, geri çəkilməyin. Qarşınıza
qoyduğunuz məqsədlərə çatmağa çalışın.
Yaxın ətrafınızdakı
insanların, qohumların və dostların dəstəyinə bel bağlamayın. Sözsüz,
onlar sizə kömək etmək istəyirlər. Di gəl, onlardan nə istədiyinizi
dəqiq bilmirlər.
Belə problem həllini tapmazsa və zəruri tədbirlər görülməzsə, ciddi münaqişə yarana bilər.
Alış-veriş, sərmayə yatırmaq məsləhət deyil. Hətta çox perspektivli təsir bağışlayan işlər sizə gözlənilən gəliri verməyəcək.
Əvəzində şəxsi münasibətlərdə irəliləyiş olacaq.
Əkizlər
- uğurlu və münasib gündür. Yeni layihələrə başlamaq, mühüm danışıqlara
qatılmaq, potensial tərəfdaşlar və sifarişçilərlə müzakirələr aparmaq
olar. Qarşınızda yeni perspektivlər açılır.
Yeni planlar yaradıcılıq potensialınızın daha parlaq şəkildə reallaşmasına təkan verəcək.
Səyahət və səfərlər üçün münasib vaxtdır. Yeni təəsüratlar pozitiv, emosiyalar yaxşıdır. Romantik tanışlıq ola bilər.
Xərçəng
- gün uğurlu olacaq. Başladığınız işləri ən yaxşı şəkildə başa vurmağa
çalışın. İşlərinizdə qayda yaratmaqla yanaşı, yardıma ehtiyacı olan
insana kömək edin. Ən cəsarətli layihələrin reallaşdırılmasına başlamaq
olar. Çəkinməyin, irəliləyin. İşdə sizə kömək ola biləcək insanla
qarşılaşacaqsınız. Həmin adamda xoş təəssürat yaratmağa çalışın.
Yaxınlarınızla
münasibətlərdə həssas olun, sevdiyiniz insanın qayğısına qalın. Yeni
tanışlıqlar asanlıqla yaranır. Təmaslarda diqqətli olun. Ləyaqətsiz
insanlarla əlaqə qurmayın.
Şir -
ağır problem yarana bilər. Müşkülün öhdəsindən gəlin. Yaxın
ətrafınızdakı insanlarla münasibətlərinizi korlamayın, səbrli və
diqqətli olun. Çətinliklərinizlə baş-başa qalmayın.
Gəlirlər
istisna deyil. Bədxərclik etməyin, alış-verişdə emosiyalara qapılmayın.
Əyləncədən imtina edin. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi
münasibətlər müstəvisində də lider məziyyətlərinizi nümayiş etdirin.
Yaxınlarınız sizi dəstəkləyəcək. Amma qayğıdan sui-istifadə etməyin.
Başqasının səhvinə görə məsuliyyət daşımalı olacaqsınız.
Qız
- diqqət mərkəzində olacaqsınız. Bundan yararlanın. Yeni tanışlıqlar
istisna deyil. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla
görüş olacaq.
Yeni yaranacaq münasibətin perspektivi yoxdur.
Gün ərzindəki təəssüratlar darıxdırıcıdır. Qeyri-adi, parlaq hisslər istəyəcəksiniz.
Macəralar aramayın, cari işlərin çözümü ilə məşğul olun.
Enerji potensialı səviyyəsi yüksəkdir. İdman və fiziki əməklə məşğul olmaq üçün yaxşı gündür.
Tərəzi
- daha ciddi uğurlara nail ola bilərsiniz. Qərarlarınız cəsarətli,
addımlarınız orijinal olsun. Rəqiblər və bədxahlarınızla müqayisədə
məqsədinizə daha sürətlə, daha tez çatmağa çalışın.
Üstəlik,
intuisiyanız daha kəskindir. Minimum informasiyaya malik olsanız belə,
hadisələrin inkişafı istiqaməti və potensial məcrasını təxminləməyə
çalışın.
İşgüzar danışıqlar və müzakirələr üçün əlverişli zamandır.
Sərfəli anlaşmalara nail olun, əzmkar davranın. Şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyiş istisna deyil.
Fəqət, çalışmaq gərəkdir: özbaşına heç nə yaşanmayacaq.
Əqrəb - işlərə anlaqlı, ciddi yanaşma tələb olunur. Şənlənmək, problemlər yoxmuş kimi davranmaq zamanı deyil.
Yaxınlarınız
sizə yardım etmək istəyirlər. Lakin onlar bütün qayğılarınızı
öhdələrinə götürmək niyyətində deyillər. Bu səbəbdən də tənbəl, ətalətli
olmayın, faydalı işə başlayın.
Fəaliyyət planının əvvəlcədən hazırlanması gərəksiz vurnuxmadan qurtulmağa imkan verəcək.
Axşam saatlarında romantik tanışlıq, rəğbət bəslədiyiniz insanla yaxınlaşma ola bilər.
Oxatan
- çətinliklərə və yaranan problemlərə rəğmən gün uğurlu alınacaq.
Maliyyə məsələlərində irəliləyişlər olacaq. Sərfəli anlaşmalar və
gəlirlər istisna deyil. Alış-veriş pis olmayacaq. Zövqünüzə güvənin.
Nüfuzlu
insanlarla görüş pis alınmayacaq. Çox iş görə biləcək insanın dəstəyini
ala bilərsiniz. Şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın.
Axşam saatlarında ailəvi istirahəti seçin.
Oğlaq
- səbrli, təmkinli olun. Yalnız belə olarsa, yaxın ətrafınızdakı
insanlarla münaqişənin yaranmasının qarşısını almaq olar. Sizi təxribata
çəkəcək, sınayacaqlar.
Xoşagəlməz xatirələr əhvalınızı
korlayacaq. Ötənlərdə yaxşı davranmadığınız anlarla bağlı xatirələrə
tez-tez qayıtmayın. Amma bununla belə, səhvlərinizin təhlili gələcəkdə
belə yanlışlıqların təkrarlanmasının qarşısını ala bilər.
İşdə
həmkarlarla münasibətlər rəvan deyil. Onlar sizin həddən ziyadə
tələbkar olduğunuzu düşünürlər. Səfər və ya səyahət üçün əlverişli zaman
deyil. Axşam saatlarını evdə keçirin.
Dolça -
səhv və yanlışlıqlar, işdə və evdə ciddi problemlərin yaranması şansı
var. Sakitliyi, soyuqqanlılığı qorumaq çətindir. Lakin dürüst qərarı
təmkinlə vermək, çətin vəziyyətdə səbrli davranmaq sizə problemləri həll
etməyə imkan verəcək.
Yeni tanışlıqlar istisna deyil. Bu gün
qarşılaşdığınız insanlar ilk əvvəl xoşagəlməz təsir bağışlasa da, az
sonra onları layiqincə dəyərləndirəcəksiniz.
Şəxsi problemləri müzakirə etmək məsləhət deyil. Dəstək və ya yaxşı məsləhət ala bilməyəcəksiniz.
Günün ikinci yarısında izafi yorğunluqdan çəkinin. Belə yorğunluq səhhətinizdə fəsadlar yarada bilər.
Balıqlar
- mühüm qərarlar qəbul etmək olar. Lakin onların reallaşması ilə
tələsməyin. İri sövdələşmələr, bahalı əşyaların alınması üçün əlverişli
gün deyil. Maliyyə məsələlərinin həllini təxirə salın.
Nüfuzlu
insanlarla görüşlərdə diqqətli və sayıq olun, səlis davranın, etiket
qaydalarına əməl edin. Bütün bunlar qarşı tərəfdə xoş təəssürat
yaratmağa kömək edəcək.
Yaşamınızda ciddi dəyişikliklərə başlamaq üçün əlverişli zamandır. Qəti qərar üçün tələskənlik etməyin.
Axşam saatlarında imiclə eksperimentlər etmək olar.
Milli.Az