“Samsung”un televizorları barmaq hərəkətlərinə reaksiya verəcəkdir
25.12.2013

“Samsung” şirkətinin 2014-cü ildə istehsal edəcəyi smart televizorları barmaq hərəkətlərinə reaksiya verəcəkdir.
“Samsung Tomorrow” bloquna əsasən, tamaşaçı barmaqların köməyi ilə kanalları dəyişdirə, gurluğu nizamlaya, həmçinin məzmun axtara biləcəklər. Hər bir əməliyyat üçün xüsusi “jest”lə həyata keçiriləcəkdir. Məsələn, barmağı saat əqrəbinin əksi istiqamətində hərəkət etdirmək “videoda fasilə vermək və əvvəlki ekrana qayıtmaq” deməkdir.
Barmaq hərəkətlərinin tanınması üçün televizorlara kamera quraşdırılmışdır. “Samsung”un 2013-cü ildə buraxdığı televizorlarında da kamera mövcuddur, lakin bu kamera yalnız əl çalmağa reaksiya verir.
Şirkət yeni model televizoru 2014-cü il yanvarın 7-dən 10-dək Las-Veqasda keçiriləcək “CES” sərgisində nümayiş etdiriləcəkdir.

AzərTac