İki yaşlı çinli oğlan internet-lotereyada bir milyon dollar udmuşdur
25.12.2013

Çinin cənubunda Quançjou şəhərindən olan iki yaşlı oğlan internet-lotereyada 6,28 yuan (1,03 milyon dollar) udmuşdur.
Bu barədə yerli KİV məlumat verir.
Uşağın valideynləri onun klaviaturada istədiyi rəqəmləri yığmasına imkan vermişlər.
Bu rəqəmlər ailənin cekpotu udmasına kömək etmişdir.
Valideynlər uduşu lotereya mərkəzindən almışlar.

Azərtac