Yerli konservatoriyada musiqi direktoru işləyən 34 yaşlı Kaliforniya sakini Tom Bet Corc Milad bayramını özünəməxsus bir tərzdə qeyd etmək qərarına gəlib.
O, öz evində 70 min lampadan ibarət heyrətamiz musiqili çıraqban təşkil edib.
O, evin fasad hissəsində işıqlardan ibarət 5 metrlik gitara və 6 metrlik fortepiano düzəldib. Evin yuxarı hissəsində isə mahnı oxuyan yolkalar quraşdırılıb. Bütün bunların hazırlanması 4 ay vaxt tələb edib.
Video
Gün.Az