Okeanın möcüzəsi məhv olmayacaq - FOTO
25.12.2013

Yaponiyanın paytaxtı Tokiodan 1000 km cənubda noyabrın 20-də sualtı vulkan püskürməsi nəticəsində yaranan ada sürəkli böyüməkdədir.

İlk günlərdə adanın diametri 200 metr, hündürlüyü ilə 20 metr idi.

Sakit okeanda, Oqasavara adalarının yaxınlığında, Nisinosima adasının yanında olan yeni adanın ölçüləri artmaqla yanaşı, yaranmış suxur və lava layları da möhkəmlənib.

Seysmoloq Kodi İtonun sözlərinə görə, belə adalar bir qayda olaraq yaranandan az sonra məhv olurlar: "Okean suları onları yuyur, yoxa çıxarır. Amma yeni ada yox olmadı. Əksinə, daha da böyüdü. Bu adanın məhv olmaq təhlükəsi yoxdur".

Milli.Az