Tokio Universitetinin və “Toyota Motor”un birgə işi olan Kibo Robot layihəsi bir ilkə imza atıb.
Belə ki, Kibo Robot layihəsində baş tutan bu söhbət insan və robot arasında kosmosdakı ilk danışıq olaraq tarixə keçib. Astronavt Vakata ilə Robot Kirobonun səs tanıma texnologiyasından istifadə edərək həyata keçirdiyi danışıq sayəsində dünya üzərindəki insanlarla ünsiyyət qurub.
Kosmos stansiyasındakı danışıq belə olub:
Vakata: Kirobo, kosmosa necə çıxdın?
Kirobo: Tanegashima Kosmos Mərkəzindən.
Vakata: Düzdür, amma Kounotorinin üzərində buraya necə gəldin?
Kirobo: Quş deyil təbii ki. Raketdir .
Vakata: Sənin buraya gəlməyin inanılmazdır.
Kirobo: Mən robotam.
Layihənin ən əhəmiyyətli məqsədi insanlarla robotların bir yerdə yaşamasını asanlaşdırmaqdır. Kirobonun 2014-ci ilin dekabr ayında dünyaya qaytarılması planlaşdırılır.
Yaponca danışan Kirobonun 34 sm hündürlüyü və təxminən 1 kq çəkisi var.
publika.az