Azərbaycanda ilk: 4 yaşlı uşağa qaraciyər köçürüldü
25.12.2013

Azərbaycanda ilk dəfə unikal əməliyyat gerçəkləşib. 4 yaşlı qıza qaraciyər köçürülüb.

Mərkəzi Neftçilər Xəstəxanasından virtualaz.org saytına verilən məlumatda deyilir ki, dünən - dekabrın 24-də 4 yaşlı Nəvva Əlizadə qaraciyər köçürülməsi (transplantasiyası) üzrə əməliyyat keçirib.

Əməliyyat 12 saat davam edib. Salyan rayonunun Arbatan kəndinin 4 yaşlı sakini H.Əlizadə körpə yaşlarından qaraciyər serrozu olub. Xalası Aynur Səmədova uşağın körpə yaşlarından serroza tutulduğunu deyib.

Azyaşlıya qaraciyər köçürülməsi xəstəxananın hesabına aparılıb. Hazırda Həvva Əlizadə reanimasiyadadır, vəziyyəti stabildir.

publika.az