“Azərbaycan Hava Yolları” QSC Yeni İl bayramı ilə əlaqədar xüsusi endirim aksiyasına başlayıb.
AZAL-dan verilən məlumata görə, Avropaya “ora və geriyə” aksiyası çərçivəsində Bakıdan London, Milan, Roma, Paris, Praqaya cəmi 199 avroya gedib-gəlmək mümkündür.
Məlumata görə, bu qiymətə yığım və rüsumlar daxil deyil, aksiyanın biletlərini 25-31 dekabr tarixlərində əldə etmək mümkündür. Uçuşlar isə 2014-cü il yanvarın 15-dən fevralın 28-dək həyata keçirilməlidir.
Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.
Əlavə edək ki, dekabrın 25-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (Azal) beynəlxalq uçuşlarında əl yükünün daşınması normasında dəyişiklik həyata keçiriləcək.
QSC-dən verilən məlumata görə, dəyişikliklər nəticəsində “ekonom” sinifli sərnişinlər üçün əl yükünün təyyarə salonuna keçirilməsinə icazə verilən çəkisi 5 kq-dan 8 kq-dək, “biznes” sinfi sərnişinləri üçün isə 10 kq-dan 15 kq-dək artırılır (2 yer).
Qeyd edək ki, sərnişinlərin əl yüklərinin (baqajlarının) ölçüləri icazə verilən 115 sm (55x20x40) ölçülərdən artıq olmamalıdır.
Oxu.az