Günün qoroskopu
26.12.2013

Qoç - hisslərinizdə qayda yaradın. Şəxsi həyatınızda köklü dəyişikliklər başlana bilər. Taleyüklü tanışlıqlar, görüş ola bilər. Məqsədə doğru hərəkətdə iradəli və əzmakar olun. Rəqiblərin bütün məkrli planlarına rəğmən, geri çəkilməyin.
Kiçik məişət problemləri və çətinliklər var. Xoşagəlməz anlaşılmazlıqlar, yaxınlarınızla mübahisələr istisna deyil. Bütün bunlar əhvalınızı korlamasın. Problemlər çox ciddi olmadığı üçün nikbinliyi itirməyin.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir.
 
Buğa - yaxınlarınızla münasibət rəvan və yaxşıdır. Diqqət mərkəzində olacaqsınız. Önəm verdiyiniz insanlara qayğı göstərin. Niyyət və istəkləriniz diqqətsiz qalmır. Planınız gərəkli zamanda reallaşacaq. Özünüzü çox yormayın.
Günün ikinci yarısında problem istisna deyil. Problemin mənbəsi isə bugünkü uğurlarınıza paxıllıq edən bədxahdır. Təslim olmayın. Belələrinə sərt cavab verin, onları üstələyin.
 
Əkizlər - ideyalar çoxdur, amma onların reallaşdırılmasının yollarını da düşünməlisiniz. Praktiki olun, çətin vəziyyətlərdə hisslərə aldanaraq düşünülməmiş addım atmayın. Yaşlı qohumlarla münasibətlərdə problem yarana bilər. Əvvəlki fikir ayrılıqları ciddiləşir.
Səfər, səyahət, nəqliyyat vasitəsi almaq fikrindən vaz keçin. Kiçik maliyyə itkiləri istisna deyil. Gözlənilən gəlirlər gecikir.
 
Xərçəng - mühüm məsələlərə cavab tapmağa çalışın. Əldə edəcəyiniz informasiya gözlənilməz, maraqlı, hətta heyrətamiz olacaq. Yalnız bir müddət sonra bu məlumatın faydalı olduğunu anlayacaqsınız. Sərfəli anlaşma, yaxşı sifarişin alınması mümkündür. Borc almaq olar.
Yaxınlarınızla münsibətlər birmənalı deyil. Sevdiyiniz insanla belə, qarşılıqlı anlaşmaya nail olmaq çətindir. Mənasız və önəmsiz məsələlərə görə mübahisə etməyin.
Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
 
Şir - yeni məlumatlar və maraqlı ideyalar vəd edən gündür. İdeyaları reallaşdırmağa başlasanız, bundan sonrakı bir neçə ayda durumunuz stabil ola bilər. İntuisiyanız kəskin olmalıdır. Qəribə davranışlara, qəfil sözlərə, yaxın ətrafınızdakı insanların maraqlarına və niyyətlərinə fikir verin.
Az sonra baş verəcək hadisənin ərəfəsindəsiniz.
Yaşamınızda önəmli dəyişikliklər istisna deyil. Hadisələr gözlədiyinizdən də sürətlə inkişaf edir. Sayıq olun, dürüst addımlar atın.
Axşam saatlarında təriflənəcəksiniz.
 
Qız - maraqlı və mühüm işlə məşğul olmağa başlasanız, gün pis keçməyəcək. İradəli, əzmkar, qətiyyətli olun. Bədxahlarla toqquşma istisna deyil. Onlarla yumşaq, həlim davranmayın.
Yaşam arealında dəyişikliklər və yeniliklərə başlamaq olar.
İntuisiyanız güclüdür və yaxınlarınızı narahat edən suallara məhz onun sayəsində cavab tapacaqsınız. Məsləhətləriniz pis deyil. Fəqət, yaxın ətrafınızdakı insanlar sizi dinləmək istəmirlər.
Ünsiyyət üçün əlverişli zamandır.
 
Tərəzi - çətin qərarlar qəbul etməlisiniz. Düşünmək üçün vaxt azdır. Nə istədiyinizi bilin. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin. Səhv ehtimalını minimuma endirin.
Sövdələşmə, anlaşma, maliyyə məsələlərinin həlli üçün əlverişli gündür.
Səyahət, səfər və ya köç üçün münasib zamandır. Bütün xırdalıqları nəzərə alın.
Maraqlı dəvət ala bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Əqrəb - bütün problemləri bir həmlə ilə çözə biləcəyinizi düşünməyin. Əsla belə deyil. İnsanların çox olduğu məkanlara yollanmayın. Yaxşı tanımadıınız insanların yanında özünüzü rahat hiss etməyəcəksiniz. Köhnə dostlarla münasibətlərdə gərginliyin yaranmasına imkan verməyin. Etibar etdiyiniz, inandığınız şəxslərlə təmaslarla kifayətlənin.
Peşəkar fəaliyyət sahəsindəki perspektivlərlə bağlı məsələlərə nəzər salın. Yeni imkanlar yarada biləcək insanlarla qeyri-formal şəraitdə danışıqlar aparmaq olar. İşgüzar danışıqlarda emosional olmayın. Belə davranış yaxşı heç nə vəd etmir.
 
Oxatan - səhər saatlarından etibarən zəhmətkeş olsanız və çalışsanız, gün uğurlu keçəcək. Yaxın ətrafınızdakı insanların qayğısına qalın. Yaradıcılıq potensialının səviyyəsi artır. Yeni fəaliyyət sahələrində irəliləyişlər ola bilər. Daha təcrübəli şəxslərlə birgə fəaliyyət üçün əlverişli zamandır. Onların bilik və bacarıqlarından yararlanın.
Günün ikinci yarısında emosional fon pisləşəcək. Sizdə qarışıq hisslərə səbəb olan insanlarla görüşməyin. Yaşlı qohumlarla münaqişə ehtimalı var.
 
Oğlaq - çətin problemlərin həlli üçün əlverişli zamandır. Ciddi olun, düşünülməmiş addımlar atmayın. Qərarlarınızda ilkin təhlili unutmayın. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi işi başa vura bilərsiniz. Yeni tanışlara inanmağa tələsməyin. Onların arasında sizi aldatmağa çalışan da var.
Təşəbbüskar olun, ideyalanınızı müzakirə edin. Günün ikinci yarısı uzaqdan gəlmiş insanla görüş, səfər, yaşam arealında dəyişikliklər üçün əlverişlidir.
İmiclə eksperimentlər etmək olar.
 
Dolça - əhəmiyyətli və genişmiqyaslı işlər üçün əlverişli gün deyil. Mühüm məsələlərin çözümünü, önəmli qərarların qəbul olunmasını təxirə salın. Cari işlərlə məşğul olun, pozitiv emosiyalar almağa çalışın. Yeni tanışlıqlar, prioriet və məqsədlərin dəyişməsi istisna deyil.
Bu gün başlayan münasibətlər sürətlə inkişaf edəcək.
Günün ikinci yarısında maliyyə çətinlikləri yaşana bilər. Alış-veriş zamanı bədxərclik etməyin. Uzunmüddətli səyahətə və ya səfərə yollanmaq məsləhət deyil.
 
Balıqlar - yaxşı gündür. Problemlərin sayı azdır və siz onların öhdəsindən gələ biləcəksiniz. İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşün. Onlarda xoş təəssürat yaradacaqsınız. Potensial iş yerinin sahibi və sifarişçi ilə görüş uğurlu alınacaq. Yaxınlarınızdan biri yaxşı məsləhət verəcək.
Ev işləri və ailə qayğılarını qulaqardına vurmayın.
Yaşlı qohumlar sizi dinləməyə hazırdır.
Alış-veriş üçün yaxşı gündür.
 
Milli.Az