Qoç - hisslərinizdə qayda yaradın. Şəxsi
həyatınızda köklü dəyişikliklər başlana bilər. Taleyüklü tanışlıqlar,
görüş ola bilər. Məqsədə doğru hərəkətdə iradəli və əzmakar olun.
Rəqiblərin bütün məkrli planlarına rəğmən, geri çəkilməyin.
Kiçik
məişət problemləri və çətinliklər var. Xoşagəlməz anlaşılmazlıqlar,
yaxınlarınızla mübahisələr istisna deyil. Bütün bunlar əhvalınızı
korlamasın. Problemlər çox ciddi olmadığı üçün nikbinliyi itirməyin.
Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir.
Buğa
- yaxınlarınızla münasibət rəvan və yaxşıdır. Diqqət mərkəzində
olacaqsınız. Önəm verdiyiniz insanlara qayğı göstərin. Niyyət və
istəkləriniz diqqətsiz qalmır. Planınız gərəkli zamanda reallaşacaq.
Özünüzü çox yormayın.
Günün ikinci yarısında problem istisna
deyil. Problemin mənbəsi isə bugünkü uğurlarınıza paxıllıq edən
bədxahdır. Təslim olmayın. Belələrinə sərt cavab verin, onları
üstələyin.
Əkizlər - ideyalar
çoxdur, amma onların reallaşdırılmasının yollarını da düşünməlisiniz.
Praktiki olun, çətin vəziyyətlərdə hisslərə aldanaraq düşünülməmiş addım
atmayın. Yaşlı qohumlarla münasibətlərdə problem yarana bilər. Əvvəlki
fikir ayrılıqları ciddiləşir.
Səfər, səyahət, nəqliyyat vasitəsi almaq fikrindən vaz keçin. Kiçik maliyyə itkiləri istisna deyil. Gözlənilən gəlirlər gecikir.
Xərçəng
- mühüm məsələlərə cavab tapmağa çalışın. Əldə edəcəyiniz informasiya
gözlənilməz, maraqlı, hətta heyrətamiz olacaq. Yalnız bir müddət sonra
bu məlumatın faydalı olduğunu anlayacaqsınız. Sərfəli anlaşma, yaxşı
sifarişin alınması mümkündür. Borc almaq olar.
Yaxınlarınızla
münsibətlər birmənalı deyil. Sevdiyiniz insanla belə, qarşılıqlı
anlaşmaya nail olmaq çətindir. Mənasız və önəmsiz məsələlərə görə
mübahisə etməyin.
Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Şir -
yeni məlumatlar və maraqlı ideyalar vəd edən gündür. İdeyaları
reallaşdırmağa başlasanız, bundan sonrakı bir neçə ayda durumunuz stabil
ola bilər. İntuisiyanız kəskin olmalıdır. Qəribə davranışlara, qəfil
sözlərə, yaxın ətrafınızdakı insanların maraqlarına və niyyətlərinə
fikir verin.
Az sonra baş verəcək hadisənin ərəfəsindəsiniz.
Yaşamınızda
önəmli dəyişikliklər istisna deyil. Hadisələr gözlədiyinizdən də
sürətlə inkişaf edir. Sayıq olun, dürüst addımlar atın.
Axşam saatlarında təriflənəcəksiniz.
Qız -
maraqlı və mühüm işlə məşğul olmağa başlasanız, gün pis keçməyəcək.
İradəli, əzmkar, qətiyyətli olun. Bədxahlarla toqquşma istisna deyil.
Onlarla yumşaq, həlim davranmayın.
Yaşam arealında dəyişikliklər və yeniliklərə başlamaq olar.
İntuisiyanız
güclüdür və yaxınlarınızı narahat edən suallara məhz onun sayəsində
cavab tapacaqsınız. Məsləhətləriniz pis deyil. Fəqət, yaxın
ətrafınızdakı insanlar sizi dinləmək istəmirlər.
Ünsiyyət üçün əlverişli zamandır.
Tərəzi -
çətin qərarlar qəbul etməlisiniz. Düşünmək üçün vaxt azdır. Nə
istədiyinizi bilin. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya
etsin. Səhv ehtimalını minimuma endirin.
Sövdələşmə, anlaşma, maliyyə məsələlərinin həlli üçün əlverişli gündür.
Səyahət, səfər və ya köç üçün münasib zamandır. Bütün xırdalıqları nəzərə alın.
Maraqlı dəvət ala bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb
- bütün problemləri bir həmlə ilə çözə biləcəyinizi düşünməyin. Əsla
belə deyil. İnsanların çox olduğu məkanlara yollanmayın. Yaxşı
tanımadıınız insanların yanında özünüzü rahat hiss etməyəcəksiniz. Köhnə
dostlarla münasibətlərdə gərginliyin yaranmasına imkan verməyin. Etibar
etdiyiniz, inandığınız şəxslərlə təmaslarla kifayətlənin.
Peşəkar
fəaliyyət sahəsindəki perspektivlərlə bağlı məsələlərə nəzər salın.
Yeni imkanlar yarada biləcək insanlarla qeyri-formal şəraitdə danışıqlar
aparmaq olar. İşgüzar danışıqlarda emosional olmayın. Belə davranış
yaxşı heç nə vəd etmir.
Oxatan -
səhər saatlarından etibarən zəhmətkeş olsanız və çalışsanız, gün uğurlu
keçəcək. Yaxın ətrafınızdakı insanların qayğısına qalın. Yaradıcılıq
potensialının səviyyəsi artır. Yeni fəaliyyət sahələrində irəliləyişlər
ola bilər. Daha təcrübəli şəxslərlə birgə fəaliyyət üçün əlverişli
zamandır. Onların bilik və bacarıqlarından yararlanın.
Günün
ikinci yarısında emosional fon pisləşəcək. Sizdə qarışıq hisslərə səbəb
olan insanlarla görüşməyin. Yaşlı qohumlarla münaqişə ehtimalı var.
Oğlaq
- çətin problemlərin həlli üçün əlverişli zamandır. Ciddi olun,
düşünülməmiş addımlar atmayın. Qərarlarınızda ilkin təhlili unutmayın.
Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi işi başa vura
bilərsiniz. Yeni tanışlara inanmağa tələsməyin. Onların arasında sizi
aldatmağa çalışan da var.
Təşəbbüskar olun, ideyalanınızı
müzakirə edin. Günün ikinci yarısı uzaqdan gəlmiş insanla görüş, səfər,
yaşam arealında dəyişikliklər üçün əlverişlidir.
İmiclə eksperimentlər etmək olar.
Dolça
- əhəmiyyətli və genişmiqyaslı işlər üçün əlverişli gün deyil. Mühüm
məsələlərin çözümünü, önəmli qərarların qəbul olunmasını təxirə salın.
Cari işlərlə məşğul olun, pozitiv emosiyalar almağa çalışın. Yeni
tanışlıqlar, prioriet və məqsədlərin dəyişməsi istisna deyil.
Bu gün başlayan münasibətlər sürətlə inkişaf edəcək.
Günün
ikinci yarısında maliyyə çətinlikləri yaşana bilər. Alış-veriş zamanı
bədxərclik etməyin. Uzunmüddətli səyahətə və ya səfərə yollanmaq
məsləhət deyil.
Balıqlar -
yaxşı gündür. Problemlərin sayı azdır və siz onların öhdəsindən gələ
biləcəksiniz. İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşün. Onlarda
xoş təəssürat yaradacaqsınız. Potensial iş yerinin sahibi və sifarişçi
ilə görüş uğurlu alınacaq. Yaxınlarınızdan biri yaxşı məsləhət verəcək.
Ev işləri və ailə qayğılarını qulaqardına vurmayın.
Yaşlı qohumlar sizi dinləməyə hazırdır.
Alış-veriş üçün yaxşı gündür.
Milli.Az