Avropada ən böyük buz heykəllər sərgisi açılıb – Video
26.12.2013

Brüsseldə Avropanın ən böyük buz heykəllər sərgisi açılıb.

Bütün Avropadan 25 sənətçinin iştirak etdiyi sərgidə cizgi filmlərinin qəhrəmanları nümayiş olunur.

Burada gənc reportyor Tintin, gülməli qalliyalı Asteriks və fantastik komiks qəhrəmanı Halk da vardır.

Fevralın 9-dək davam edəcək bu sərgini izləmək, öz sevimli qəhrəmanlarını görmək üçün buraya dünyanın hər tərəfindən uşaqlar gəlir.

Nəhəng heyvan fiqurları və mifoloji qəhrəmanların heykəllərindən ibarət olan XII “Ice Magic show” sərgisinin keçirildiyi min kvadratmetr ərazi xüsusi bir sistemlə sabit soyuqluqda saxlanılır.

Burada temperatur mənfi - 6 dan +8 dərəcəyədəkdir. Sərgi pavilyonu da buzdan hazırlanmışdır.
Video

gun.az