Qripin bir nömrəli düşməni
26.12.2013

Qabığı ilə yeyilən və miniyatur portağal kimi taınan kinkan sağlamlığa çox faydalıdır. Kinkan adətən ev və ya iş yerində saxsıda bəzək bitkisi kimi yetişdirilir.

İlk illərdə təcrübə məqsədilə yetişdirilən kinkan çoxları tərəfindən bəyənildiyi üçün satışa çıxarılır. Ətirli, şirin və xoşagələn dadlı və lətli meyvədir. Dadına görə portağalı xatırladır. Ən çox yayılmış sortlarından Naqami və Meiva göstərilə bilər. Bu bitki bədənə enerji verir. Həm də qripin bir nömrəli düşməni kimi tanınır.

Kinkan - ekzotik sitrus meyvə növüdür. Meyvənin vətəni Çindir. Çin dilində tərcüməsi qızıl alma deməkdir. Avropalılar isə bu məhsulu çox kiçik portağal, yaxud kinkan adlandırırlar. Meyvələrindən konservi, mürəbbə və cem hazırlamaq olar.

Kinkan kalium və kalsiumla, həmçinin C vitamini ilə zəngindir. Bundan əlavə, efir yağları, güclü antibakterial təsiri var. Onu tənəffüs yolları infeksiyalarının müalicəsində istifadə edirlər. Kinkanı göbələk infeksiyaları müalicəsinə də kömək edir. Çünki bu meyvədə xüsusi aktivliyə malik olan maddə - furakumarin var. Bu ekzotik meyvə həzm prosesini yaxşılaşdırır və bədəndə yığılan həddindən artıq gərginliyi azad edir.

Publika.Az