Prezident İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, yubileyə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.