“İrəli” 5 yaşını möhtəşəm şəkildə qeyd etdi - Foto
26.12.2013

“İrəli” İctimai Birliyi 5 yaşını möhtəşəm şəkildə qeyd edib.
Mərasimdə birliyin sədri Rauf Mərdiyev və digər üzvlər, QHT nümayəndələri və bir sıra qonaqlar iştirak ediblər.

R.Mərdiyev bildirib ki, “İrəli” artıq gənclərin həyat tərzinə çevrilib:

“İrəli” bir dəyərdir. Bu dəyər bütün kreativ ideyalara malik olan gəncləri öz ətrafına toplamağı qarşısına hədəf qoyub. “İrəli” 5 yaşlı uşaqdır. Hələ bu yaşında bu qədər böyük uğurlara nail olmuşuqsa, deməli, hələ böyüdükdə bu təşkilat daha böyük işlərə, uğurlara imza atacaq. Mən özünü “irəli”çi sayan hər kəsi təbrik edirəm”.

Daha sonra isə “İrəli”nin 5 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Mərasim gənclərin və qonaqların rəqsləri ilə davam edib.


gun.az