Axtarış
Başqa şəhərlərdə
Ağstafada yaşayış üçün yararsız və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün ümumilikdə 107 mənzildən ibarət 3 yeni yaşayış binası istifadəyə verilib. Yaşayış kompleksində həmçinin 80 yerlik uşaq bağcasının da açılışı olub. Bu gün yeni tikilmiş 107 mənzil sahiblərinə verildi. Bu bina ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Ağstafa şəhərində yaşayış üçün yararsız və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün tikilib. Binaların verilişi ilk olaraq rayon mərkəzində yerləşən Heydər Əliyev mərkəzində baş tutub və bu məqsədlə sakinlər arasında püşkatma mərasimi kecirilib. Bunlar Rafiq Alıcanov küçəsində 1 bloklu 4 mərtəbəli 19 mənzilli, Hüseyn Arif küçəsində 2 bloklu 5 mərtəbəli 40 mənzilli və 3 bloklu 5 mərtəbəli 48 mənzilli yeni yaşayış binalarıdır. Daha sonra yeni yaşayış binalarının açılış mərasimi keçirilib. Rayon ağsaqqları tədbirdə cıxışlar edərək yeni mənzil sahiblərini təbrik etdi. Yeni mənzillərin açarları və orderləri sakinlərə təqdim olundu. Çıxış edənlər onlara hədiyyə olunan müasir tipli mənzillərə görə öz təşəkkürlərini bildiriblər. Qeyd edək ki yeni mənzillər daimi olaraq isti və soyuq su, qaz və elektrik enerjisi ilə təmin olunub. 88 mənzildən 13-ü 4 otaqlı, 45-i 3 otaqlı, 30-u 2 otaqlıdı. Mənzilləri zəruri avadanlıqlarla təchiz olunan yaşayış kompleksində tutumu 100 kub metr olan 2 su anbarı quraşdırılıb. Binada şəhər sakinləri üçün həmçinin 3 saylı körpələr evi- uşaq bağçası da istifadəyə verilib. 80 yerlik bağçada uşaqların təlim-tərbiyyəsi ilə 20 nəfər məşğul olacaq. Müasir avadanlıqlarla təchiz olunan bağçanın həyətində uşaqlar üçün oyun meydançası da təşkil olunub. ANS PRESS
Noyabr ayına olan hava proqnozu açıqlanıb.
Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.