Moskva metrosunda filmə baxmaq olacaq
26.12.2013

İnterfaks agentliyi yazır ki, Moskva metropoliteninin rəhbəri İvan Besedin deyib ki, yeraltı dəmir yolunda Wi-Fi simsiz şəbəkəsinin sürəti onlayn filmləri izləməyə icazə verəcək.

Wi-Fi hazırda istismara hazırlıq rejimində işləyir. Hazırda siqnallar, qatarın içərisindəki naqillərin gərginlik qabiliyyəti və başqa texniki problemlər sınaqdan keçirilir – Besedin deyib.

Mən düşünürəm ki, ilin sonuna kimi Wi-Fi metroda yaxşı səviyyədə tətbiq ediləcək. Hazırda ondan istifadə etmək olar, lakin hələ bir sıra problemlər var, çünki o, istismara hazırlıq rejimindədir. Wi-Fi simsiz rabitəsinin sürəti böyük olacaq və filmlər izləmək mümkün olacaq – o deyib.

Milli.Az