Qoç - asan qələbələr günüdür. Şəraitin uğurlu
məcrasından yararlanaraq gərəkli anda gərəkli yerdə olun. Sizə yardım
edəcək insanları tapın. Bu gün yaranan ideyalar pis deyil. Onlar gərəkli
formada reallaşarsa, sizi irəli apara bilər.
Yeni
tanışlıqlar və romantik münasibətlərə başlamaq üçün əlverişli zamandır.
Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yaradın. İmicdə
dəyişikliklər etmək olar.
İstənilən tədbirdə diqqət mərkəzində olmağa çalışın.
Buğa
- irəliləyin, kiçik problemlər və maneələrə rəğmən, məqsədlərə doğru
hərəkət edin. Potensial tərəfdaşla görüş, planların müzakirəsi və
peşəkar fəaliyyət müstəvisindəki hədəflərin müzakirəsi üçün əlverişli
zamandır.
Sövdələşmə və anlaşmalar uğurlu olacaq. Səfər və səyahətlər yaxşı nəticə vəd edir.
Günün
ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər.
Lakin bütün bunlar ciddi münaqişəyə səbəb olmayacaq. Sözlərinizdə sərt,
aqressiv olmayın.
Hissləriniz barədə açıq danışın.
Əkizlər -
işgüzar münasibətləri dostluq əlaqələrinə çevirə bilərsiniz. Nüfuzlu və
ya hadisələrə təsir imkanlarına malik şəxslərlə görüşdə formallığa
riayət etməyə bilərsiniz. Etiketin sərt qaydalarını hələlik unudun.
Bütün bunlar dialoqun xeyrinədir. Gənclərlə münasibətlər yaxşı olacaq.
Əvvəllər
münasibətlərinizin çox sərin olduğu insanlarla dil tapacaqsınız. Yaxın
ətrafınızdakı şəxslərlə təmasları nizama salın. Yaşam potensialı
səviyyəsi yüksəkdir. Enerji qıtlığı hiss olunmur.
Axşam saatlarında istirahət edin.
Xərçəng
- uğur və irəliləyiş vəd edən gündür. Mübahisələrdə mövqeyini
qorumaqdan çəkinməyin. Arqumentləriniz elə inandırıcı olmalıdır ki,
opponentlər onlarla mütləq şəkildə razılaşmalıdır.
Bütün səviyyələrdə maliyyə məsələlərinin müzakirəsi üçün yaxşı gündür. Qəbul edilən qərar optimal olmalıdır.
Maraqlı
görüş, əlverişli tanışlıq olacaq. Yaxın ətrafınızdakı insanların
mənafelərini nəzərə alın. Matrimonial təklif ala bilərsiniz.
Şir
- nə istədiyinizi, hansı hədəfə can atdığızı dəqiqləşdirin. Heç nə sizi
qarşınıza qoyduğunuz məqsəddən əl çəkməyə səbəb olmamalıdır.
Məqsədlərin hamısına eyni vaxtda çatmaq mümkün deyil. Eyb etməz, səbrli
olun. Rəqabət mübarizəsi kəskinləşəcək. Pərişan olmayın. Əksinə, gün
daha maraqlı olacaq
Özünüzü rahat hiss edin. Rutin işlə məşğul olsanız belə, darıxmayın.
Çətin məsələlərə orijinal cavablar tapın. Yanaşma tərzi planların reallaşmasını müəyyənləşdirir.
Qız
- parlaq, yaddaqalan, xoş hadisələrlə zəngin gün olacaq. Pozitiv
xəbərlər alacaq, az sonra gerçəkləşə biləcək planlar quracaqsınız.
Əvvəllər dəfolunmaz saydığınız sədlər yolunuzda puç olur. Sanki onları
kimsə darmadağın edir.
Şəxsi münasibətlərdəki problemləri də
həll edəcəksiniz. Peşəkar fəaliyyət müstəvisindəki çətinlikləri çözmək
asan deyil. Hisslərinizi qaydaya salın. Belədə yaşamınız daha asan və
rahat olacaq.
Tərəzi -
nikbinlik və qüvvələrinizə əminlik bu gün ən yaxın dostlarınız olacaq.
Problemlərinizi həll edin, bədxahlarınızı üstələyin. Aldığınız işgüzar
təkliflər ilk baxışdan maraqlı və cazibədardır. Lakin bu təklifləri
təhlil edin və razılaşmayın. İşdə həmkarlarınızla asanlıqla dil
tapacaqsınız.
Vaxtınızı boşuna sərf etməyin, faydalı və mənalı işlərlə məşğul olun. Səylərin birləşdirilməsi parlaq nəticələr verə bilər.
Əqrəb
- gün xoş sürprizlər vəd edir. Nailiyyətlər və uğurlar sizi sevindirə
bilər. Belə irəliləyişi gözləmirdiniz. Həddən ziyadə zəhmət, xarüqələr
yaratmaq tələb olunmur. Hadisələr arzuladığınız məcrada inkişaf edir.
Situsiyanın yaratdığı əlverişli imkanlardan yararlanın.
Çoxdan bəri görmədiyiniz insanlarla görüş olacaq. Köhnə dostlar özlərini xatırladacaq.
Sərinləşmiş münasibətlərin bərpası üçün əlverişli zamandır. Durumun normal olması üçün köhnə səhvləri təkrarlamayın.
Oxatan -
yeni plan və ya həyata keçirmək istədiyiniz layihəni dəstəkləməyə hazır
insanlar var. Uzun müddətdən bəri davam edən işgüzar danışıqlar
arzuolunan tərzdə başa çatır.
Əməkdaşlıqla bağlı yeni təklif alacaqsınız. Karyeranızda irəliləyiş ola bilər.
Ev
işləri və məişət qayğılarının öhdəsindən gələcəksiniz. Onlar yorucu və
darıxdırıcı təsir bağışlamayacaqlar. Günün ikinci yarısında hadisələr
çox olacaq. İfrat yorğunluğa rəvac verməyin. İntuisiyanız güclüdür.
Oğlaq -
tamamilə yeni işə başlamaq üçün əlverişli zamandır. Bilik və təcrübə
çatışmazlığı ilə qarşılaşmaq ehtimalı sizi çəkindirməsin. Özünüzə
inansanız, iradəli olsanız, təcrübəli adamlara sual verməkdən
çəkinməsəniz, işin öhdəsindən gələcəksiniz. Yeni tanışlarda xoş
təəssürat yaradın. Sizi çoxdan tanıyan insanları da, sözün yaxşı
mənasında, təəccübləndirin.
Yaşamınızda nəyisə köklü şəkildə dəyişmək fikriniz varsa, bu gün ilk addımı atın. Qətiyyətli olun.
Qəfil hədiyyələr və xoş sürprizlər istisna deyil.
Dolça
- səfər və ya səyahət üçün əlverişli zamandır. Pozitiv emosiyalar bol
olacaq. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyirlər. Ən darıxdırıcı
danışıqları, rutin müzakirəni maraqlı prosesə çevirmək olar.
İşdə tərəfdaşların mövqelərini nəzərə alın.
Günün
ikinci yarısı yaxşı ideyalar vəd edir. Başqaları, bəlkə də, belə
ideyaların cərasətindən qorxardılar. Amma siz əmin olun ki, həmin işin
öhdəsindən gələcəksiniz.
Balıqlar
- işlərdə qayda yaratmaq, çoxdan bəri planlaşdırdığınız işləri
reallaşdırmaq zamanıdır. Müttəfiqlər və tərəfdaşlar yardım etməyə
tələsmirlər. Narahat olmayın, müstəqil fəaliyyətdə də uğur olacaq.
Fəaliyyət azadlığı qarşınıza qoyduğunuz məqsədlərə daha tez çatmağa
imkan verəcək.
İşdə rəhbərlik, işdən kənarda isə nüfuzlu insanlar peşəkarlığınızı görəcəklər.
Maraqlı təkliflər alacaqsınız.
Əvvəlki
vaxtlardan fərqli olaraq qapalısınız. Lakin bu, yaxınlarla
münasibətlərə pis təsir etmir. Sizi sevənlər əhvalınızı yaxşı hiss
edirlər.
Hisslərinizi gizlətməyin.
Milli.Az