Aktrisa və rəssam Suğra Bağırzadənin fərdi sərgisi fevral ayında
Rəssamlar İttifaqının sərgi salonunda keçiriləcək. Suğra Bağırzadə
mühəndisdir, "Azərbaycanfilm" kinostudiyasında texniki şöbənin baş
mühəndisi işləyir. Uşaqlıqdan onun həyatı incəsənətlə bağlıdır. Onun
ifasında "cücələrim" mahnısı Azərbaycandan kənarda da məşhurluq qazanıb.
Aktyorluq istedadı olduğu üçün uğurla filmə çəkilib. Güllərə olan
həvəslə hobbi kimi başlayan maraq yavaş-yavaş peşəyə çevrildi. Canlı
güllərdən orijinal kompozisiyalar ona rəssam-florist kimi şöhrət
gətirdi.